Bizim tərcüməDünya

Rusiyadan İngiltərəyə güclü xəbərdarlıq! “Əvvəlcə öz adanızda sınayın”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Böyük Britaniya əvvəlcə öz adasında Ukraynaya göndərməyi planlaşdırdığı tükənmiş uran sursatını sınaqdan keçirməlidir.

Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

Saytların yığılması Saytlarin yigilmasi

“İngiltərə Ukraynaya tükənmiş uran sursatları göndərəcək” ifadəsini dəyərləndirən Zaharova, “London bu məsələni ilk olaraq öz adasında sınaya bilər. Onlar bu “standart” silahdan hər zaman istifadə ediblər. Sizin orada belə təcrübələr keçirmək imkanınız var. Əvvəlcə ölümcül nəticələri hiss edin, sonra başqalarına göndərin.” ifadəsini işlətdi.

Sözügedən sursatın istifadəsinin təsirlərinin nəzarət altında saxlanıla bilməyəcəyini vurğulayan Zaharova 1986-cı ildə Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında, 2011-ci ildə Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyasında qəzaların baş verdiyini xatırladıb.

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qatılacaqlarına dair açıqlamasına toxunan Zaharova, “AB-nin addımları cavabsız qalmadı. Cavabı biz verməli olacağıq. Bu, bizim seçimimiz olmayacaq, dost olmayan addımlara cavab olacaq”. ifadələrindən istifadə edib.

Rusiya, İran və Azərbaycan arasında üçtərəfli formatda danışıqların ən qısa zamanda aparılacağına ümidini bölüşən Zaxarova bu məsələyə dəstək verməyə hazır olduqlarını qeyd edib. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button