Loading...
Loading...
SEÇMƏ

Rusiyalı milyarderlərin yeni ünvanı – Dubay

Dubayın Ukraynadakı müharibə ilə əlaqədar Qərbin sanksiyalarının təsirindən qaçan varlı ruslar üçün sığınacaq olduğu ortaya çıxıb.

BBC xəbər verir ki, rusiyalı milyarderlər və sahibkarlar Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) kütləvi şəkildə gəlirlər.

Hesabata görə, 2022-ci ilin ilk üç ayında Dubayda ruslar tərəfindən əmlak alışları 67% artıb.

BƏƏ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və onun Ukraynaya müdaxiləsini tənqid etməyib.

BƏƏ həmçinin sanksiyaya məruz qalmayan ruslara bir çox Qərb ölkələrinin əksinə çox rahatlıqla viza verir.

Dəqiq rəqəmlər olmasa da son iki ayda yüz minlərlə insanın Rusiyanı tərk etdiyi təxmin edilir.

24 saat” “Rusiyalı milyarderlərin yeni ünvanı – Dubay” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Vilayət Quliyev yenidən səfir təyin edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun