2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın gələcəyi 5 ölkədən asılıdır – SİYAHI

Rusiyanın gələcəyi dünyanın 5 ölkəsi ilə münasibətləri yaxşılaşdırmaqdan asılıdır.

“Ölkə.Az” xəbər verir ki, “Time” qəzeti hazırladığı araşdırmalarda dünya ölkələrilə Rusiya arasındakı münasibətlər şərh edilib. Şərhdə bildirilib ki, Rusiya dünya ölkələrilə münasibətləri qaydasına salmalıdır Yoxsa, Rusiyanın gələcək taleyi sual altına düşə bilər.

“Dünya siyasətçilərinin çoxu düşünür ki, Rusiyanın gələcəyi Qərblə münasibətləri qaydasına salmaqdan asılıdır. Lakin bu fikirdə olanlar yanılırlar. Rusiya əsas 5 ölkə ilə münasibətləri qaydasına salmalıdır”, – deyə jurnalist araşdırmanı belə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yazıda bildirilir ki, Rusiya üçün əsas məsələ Çin ilə münasibətləri yaxşılaşdırmaqdır. Çin ilə münasibətlər Moskva üçün olduqca vacibdir. Qərb tərəfindən sanksiyalara məruz qalan Rusiya üçün Çin iqtisadi tərəfdaş kimi önəmlidir. Çin ilə əməkdaşlıq Rusiyanın Orta Asiyaya ticarət qapısını açır.

Yazının müəllifinə görə, Rusiya üçün ən vacib ikinci tərəfdaş ölkə Yaponiyadır. Tokio ilə münasibətlər Rusiyada müasir texnologiyanın inkişafına müsbət təsir edəcək. Yaponiya ilə Rusiya arasında münasibətlərin yaxşılaşması Kuril adaları ətrafında yaranmış mübahisənin müsbət həll olunmasına səbəb olar.

Suriyada hərbi əməliyyatın keçirilməsində iştirak edən Rusiya regionda vacib rola sahib olub. Bu ölkə ilə münasibətlərin qurulması neft ticarətində qiymətlərin stabil qalması ilə nəticələnə bilər.

Rusiya ilə Türkiyə arasındakı münasibətlər də dünyanın diqqətində olan məsələlərdəndir. Həttə iki ölkə arasında münasibətlər müharibəyə səbəb olacaq dərəcədə pisləşmişdi. Rusiya təyyarəsini vurması və rus diplomatının öldürülməsi iki ölkə arasında küskünlük yaratsa da, düşünüldüyü kimi münasibətlər tam pozulmadı. Hazırda Suriya münaqişəsi, kürd dövlətinin yaradılması və digər məsələlərdə Rusiya ilə Türkiyənin maraqları uyğun gəlir. Bu istiqamətdə iki ölkə arasında əlaqələr yaxşılaşdırılmalıdır.

Rusiyanın münasibətləri yaxşılaşdırmalı olan beşinci dövlət Venesueladır. Bu ölkə ilə əlaqələrin yaxşılaşdırılması Rusiyanın neft bazarına çıxmasına birbaşa şərait yaradacaq. Bu ölkə ilə iqtisadi münasibətlər Rusiyaya imkan verəcək ki, ABŞ-ın nəzarətində olan neft bazarında mövqeyini möhkəmlətsin.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button