Loading...
Loading...
SEÇMƏ

Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz edən mer saxlanılıb

Yayımlandı: 24 Avqust 2022 17:14

Royzmanı 10 ilədək həbs gözləyir

Avqustun 24-də Rusiyanın Yekaterinburq şəhərinin keçmiş meri Yevgeni Royzman “ordunun nüfuzdan salınması” maddəsi ilə həbs edilib.

Bu gün səhər onun evində, eləcə də fondunun ofisində axtarışlar aparılıb.

TASS hüquq-mühafizə orqanlarındakı adını açıqlamayan mənbəyə istinadən qeyd edib ki, Y. Royzmanın həbsinə “YouTube” kanalındakı çıxışı səbəb olub.

O, əvvəllər Rusiyanın Ukraynaya hərbi müdaxiləsini “ədalətsiz, soyğunçu və qardaş qırğın müharibəsi” adlandırdığına görə bir neçə dəfə inzibati maddə ilə cərimələnib.

Əgər onun təqsiri sübut olunarsa, 10 ilə qədər həbs gözləyir.

Y.Royzman özü də həbs zamanı Ukraynanın işğalı ilə bağlı açıqlamasından imtina etmədiyini bildirib.

Y.Royzman 2013-2018-ci illərdə Yekaterinburq Şəhər Dumasının sədri və Rusiya Federal Məclisinin IV çağırış (2003-2007) Dövlət Dumasının deputatı olub.

O, Rusiya Yazıçılar İttifaqının üzvüdür.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  ADR-dən etiraz aksiyası: “Biz “avtobus müxalifəti” deyilik”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button