2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sərkisyanın səlahiyyət müddəti bitir

Ermənistan parlament idarəçiliyinə keçir

Bu il aprelin 9-da Serj Sərkisyanın Ermənistan prezidenti postunda səlahiyyət müddəti başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçir, hökuməti parlamentdə səs çoxluğuna sahib partiya qurur, icra hakimiyyətinə baş nazir rəhbərlik edir.

Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 7 il müddətinə seçməlidir. Ermənistan Konstitusiyasına görə, prezident seçkisi fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin bitməsinə ən uzağı 30 gün qalmış (amma 40 gün qalmışdan tez olmayaraq) keçirilir. Serj Sərkisyanın səlahiyyət müddətinin aprelin 9-da bitəcəyini nəzərə alsaq, Ermənistanın yeni prezidenti 1-10 mart aralığında seçilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

40 yaşa çatmış, son 6 ildə yalnız Ermənistan vətəndaşı olmuş və həmin dövr ərzində ölkədə daimi yaşamış, erməni dilini bilən şəxs prezident seçilə bilər.

Ermənistanda və ətraf ölkələrdə belə bir qənaət var ki, Serj Sərkisyan aprelin 9-dan sonra baş nazir kürsüsündə əyləşəcək. Bəzi rəsmi açıqlamalar da buna işarə edir. 2017-ci ilin martında Serj Sərkisyan bəyan edib ki, 2018-ci ildə hər hansı bir statusda xalqın təhlükəsizliyi işində rol ala bilər: “Mən bilmirəm bu nə status olacaq. Amma hər hansı bir statusda gərəkli ola biləcəyim dəqiqdir”.

Hakim Respublika Partiyasının mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov ötən ilin oktyabrında deyib ki, Serj Sərkisyan komandanın şəksiz lideridir: “Biz respublikaçılar üçün bir lider var. 2018-ci ildən sonra da Serj Sərkisyan bizim liderimiz olaraq qalacaq. Hansı statusda? Bunu prezident partiya ilə müzakirə edəcək və 2018-ci ilin aprelindən sonra qərarımızı açıqlayacağıq”.

Hazırda Ermənistan parlamentinin 105 deputatı var. 58 mandatı olan Respublika Partiyası hökuməti 7 mandatı olan Daşnaksütun Partiyası ilə birgə qurub.

Novator.az bildirir ki, Serj Sərkisyan 1954-cü il iyunun 30-da Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Stepanakertdə (Xankəndi) doğulub. Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1975-1979-cu illərdə Yerevan Elektrotexnika Zavodunda tokar vəzifəsində çalışıb.

1979-1988-ci illərdə Stepanakert Şəhər Komsomol Komitəsində şöbə müdiri, ikinci katib, birinci katib, Stepanakert Şəhər Partiya Komitəsində şöbə müdiri, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsində təlimatçı, birinci katibin köməkçisi postlarını tutub.

O, işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.

2008 və 2013-cü illərdə prezident seçilib.

2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir(novator.az).

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button