2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Saakaşvilinin mitinqində Azərbaycan bayrağı – FOTO

Xəbər verdiyimiz kimi, dünən Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin “Yeni Qüvvələrin Hərəkatı” tərəfindən təşkil edilmiş “İmpiçment uğrunda marş” şüarı ilə aksiya keçirilib.

XəzərNews.az xəbər verir ki, minlərlə ukraynalının iştirak etdiyi mitinqə Azərbaycan diasporunun fəalları da qatılıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov yürüş zamanı və mitinqin keçirildiyi məkanda Mixail Saakaşvilinin yanında olub.

Mitinqdə Ukrayna ilə yanaşı, Azərbaycan bayrağı da dalğalanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya iştirakçıları Taras Şevçenko adına parkda toplaşıblar, sonra hökumət orqanlarının binasına tərəf gediblər.

Aksiyaçılar bildiriblər ki, Ukraynada vəziyyət prezident Petr Poroşenkonun xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Mitinqçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət ediblər.
M.Saakaşvili növbəti mitinqin bazar günü – Maydanda keçiriləcəyini elan edib. Bildirib ki, onu həbs etsələr belə, “Yeni Qüvvələrin Hərəkatı” məqsədinə çatmalıdır.

Həm yerli, həm də beynəlxalq ekspertlər vurğulayır ki, M.Saakaşvili Maydanda keçirəcəyi mitinqlə hazırkı prezident Petro Poroşenko və hökumətinin sonunu hazırlaya bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button