2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Saatlıda su probleminə görə etiraz edənlərdən 3 nəfər haqqında həbs qərarı verildi

Yayımlandı: 14 Mart 2023 22:09

Aksiyada yaralananlardan biri hələ də xəstəxanadadır

Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinlərinin su problemi ilə əlaqədar keçirdiyi etiraz aksiyası zamanı saxlanılan şəxslərdən üç nəfər haqqında həbs qərarı verilib. Yerli sakinlərin Meydan TV-yə verdiyi məlumata görə, etiraz aksiyasında ümumilikdə 15-ə qədər kənd sakini saxlanılıb. Onlardan üçü martın 14-də məhkəməyə aparılıb, qalanları isə sərbəst buraxılıb:

Saytların yığılması Saytlarin yigilmasi

Həmin üç nəfərdən də ikisinə 15, birinə isə 20 sutka inzibati həbs cəzası verilib”.

Məhkəmənin cəzalandırdığı şəxslər Anar Hüseynov, Şıxəli Məmmədov və Habil Xanlarovdur.

Martın 13-də polislər etiraz aksiyasının qarşısını alarkən yaralananlar olub. Yerli sakinlərin sözlərinə görə, yaralananlardan ikisinə xəstəxanada tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Bir nəfərin durumu isə nisbətən ağır olduğuna görə hələ də xəstəxanadadır:

Onlar rezin güllələrdən, dəyənəklərdən ciddi xəsarət alıblar. Bizdə olan məlumata görə, xəstəxana polis keşik çəkir, onun yanına kənar adamların gəlib-getməsinə imkan vermir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti martın 13-də məlumat yayaraq, Saatlıda polisin aksiya iştirakçılarına qarşı odlu silah tətbiq etmədiyini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov polisin tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq, yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib:

Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.

Lakin yayılan məlumatlarda polisin odlu silah tətbiq etdiyi bildirilmirdi, aksiya iştirakçılarına qarşı rezin güllələrdən istifadə olunduğu deyilirdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button