2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sadəcə şəraba hər ay 30 min dollar xərcləyən məşhur iflasın astanasında

Amerikalı aktyor Conni Deppin çalışdığı mühasibat şirkəti onun haqqında maraqlı açıqlama verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor sadəcə şəraba ayda 30 min dollar xərcləyir. İddialara görə, ötən il həyat yoldaşından qalmaqallı şəkildə ayrılan aktyor hazırda maliyyə baxımdan səbəbindən çətin günlər keçirir. 1999-2016 illəri ərzində aktyorun maliyyə işləri ilə məşğul olan “The Management Group” bu barədə Conni Deppə xəbərdarlıq edib. Buna baxmayaraq, aktyor tövsiyələrə məhəl qoymayıb və xərclərinə nəzarət etməyib. Məlum olub ki, aktyor bu yaxınlarda həmin şirkəti məhkəməyə verərək, 25 milyon dollarlıq təzminat tələb edib.

Bu hadisədən sonra “The Management Group” Los-Anceles məhkəməsinə açıqlama göndərib. Şirkət aktyorun aylıq xərcinin 2 milyon dollar olduğunu və sadəcə şəraba hər ay 30 min dollar xərclədiyini bildirib. Həmçinin Deppin 14 evi üçün 75 milyon dollar xərclədiyi də irəli sürülüb. Özəl təyyarələri, yaxta və incəsənət kolleksiyası olan aktyorun 12 ədəd də anbarı olduğu açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button