2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Serjik gizli şəkildə Qarabağa səfər edib

Bakı/14.08.21 Avqustun 9-da Ermənistanın keçmiş prezidenti və Qarabağ separatçılarının liderlərindən biri Serj Sarkisyan gizli şəkildə Qarabağa gəlib. O, yerli sakinlərin izdihamında itib və rus sülhməramlılarının müşayiəti ilə Xocavənd rayonunda (keçmiş Martuni) Amaras monastır kompleksini ziyarət edib. Həmin günü o Qarabağdan qayıdıb.

Bütün bunlar yalnız bu gün – avqustun 14 -də Sarkisyanın özünün Facebook səhifəsindən şəkillər dərc edən erməni mediasının xəbərlərindən məlum olub.

Maraqlıdır ki, Serjik gizli səfəri barədə bir neçə gün sonra elan edib, görünür, Azərbaycan tərəfinin hansısa hərəkətlərindən qorxur. O həmçinin Qarabağın erməni əhalisi ilə də hər hansı görüş keçirməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu səfərdə onu separatçıların keçmiş lideri Bako Saakyan, “Təhlükəsizlik Şurasının rəhbəri” Vitali Balasanyan, eləcə də separatçıların iki keçmiş hərbi lideri – Mnatsakanyan və Karapetyan müşayiət edib.

Belə görünür, rus sülhməramlıları Sarkisyanın səfərinə heç cür mane olmayıblar. -02Â-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button