2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şeyxə ərə gedən azərbaycanlı qız hamını kövrəltdi -ⅦKlublarda əylənmirdim ki…”

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi artıq neçə gündür ki, sosial şəbəkələrdə müzakirə obyekti olub.

Azərbaycanlı gimnastın ünvanına səslənən tənqidlərdən bezərək, baş verənlərlə bağlı açıqlamasını olduğu kimi təqdim edirik:

“Adətən qız gəlin köçəndə hamımız ona xoşbəxtlik diləyirik. Amma məndə bu baş vermədi. Mən sizin heç birinizdən heç nə xahiş etmədim və 24 yaşında ərə gedəndə kifayət qədər müstəqil və öz ayaqları üstündə möhkəm dayanan qız idim. Uşaqlıqda həmyaşıdlarım küçədə oyunlar oynayanda, doyunca şirniyyat yeyəndə mən bunların heç birini edə bilmir, dincəlmir, heç kimlə münasibətlər qurmurdum. Həmçinin klublarda əylənmirdim, halbuki həmyaşıdlarım o məkanlardan ayrılmırdı. Mən aylarla valideynlərimin üzünü görmürdüm, həyatımın yarısını təyyarələrdə və məntəqələrdə keçirirdim. Çünki mən idmançı idim, peşəkar idmançı. Mən ciddi rejimdə idim və ən mühafizəkar baxışları olan ailədə böyümüşəm.

Saytların yığılması Saytlarin yigilmasi

Mən bədii gimnastikada ölkəni təmsil edən, medal gətirən və dəfələrlə öz ölkəsinin bayrağını qaldıran ilk milli kadr idim! Şükürlər olsun ki, ailəm acından heç vaxt ölməyib. Valideynlərim mənə insanlara statusundan asılı olmayaraq hörmət etməyi, çalışmağı və yalnız öz əməyi ilə məqsədlərə çatmağı öyrədib. Mən həmişə sonadək vuruşur və bütün işlərimin daha yaxşı olmasına çalışırdım. Məktəbdən başlayaraq və işimə qədər.

Mən Qəbələdə işləməyə can atmırdım, sadəcə, ölkəmizin ən yaxşı idmançılarından biri ilə idman klubunda işləməyə dəvət aldım. Biz Qəbələdə dünya miqyaslı yarışların ən yüksək səviyyədə keçirilməsi üçün yorulmaq bilmədən işləyirdik. Və buna nail olmuşuq, Avropa Oyunlarında tam yerli kadrların təşkil etdiyi yeganə idman növü atıcılıq olub. Daha 150 ölkədən 3000 iştirakçı 2 il yarım ərzində bizim layihələrdə iştirak edib.

Mən uzun müddət öz gimnastika məktəbimi açmaq üçün çırpınırdım. Lakin problem maddi baxımdan deyildi, axırda mən öz arzumu həyata keçirdim və mənim gözəl balaca tələbə uşaqlarım var idi.

Və bu gün internet istifadəçilərinin yarısı, yaşlı kişilər və qadınlar mənim şəxsi həyatımı, işimi və mənim hərəkətlərimi müzakirə edirlər. Barəmdə məqalə yazan, yoxsa ki, bu ucuz piarı dəstəkləyən insanlardan hansının daha pis olduğunu deyə bilmərəm.

Düşünürəm ki, 25 yaşımda bu ölkə üçün sözügedən xəbərə şərh yazanlardan, mənim həyatımı müzakirə edib gülənlərdən daha çox iş görmüşəm.

Hamınıza ən xoş arzularımı bildirirəm. Demək istəyirəm, mən şahzadə axtarmırdım. Mən ümumiyyətlə, heç vaxt heç kimi axtarmırdım. Qismətdən kənara çıxmaq olmaz”.(qaynarinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button