2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Şimalı Koreyanın raket sınaqları Cənubi Koreyanı çox narahat etmir

Şimali Koreya təkcə bu il səkkiz raket sınağı həyata keçirib ki, bunlardan sonuncusu bu həftə sualtı qayıqla atılan ballistik raketin sınağı olub. Lakin Şimalla qarşıdurmadan ən çox ziyan çəkə biləcək Cənubi Koreyada insanlar çox da narahat deyillər.

Bunun səbəbi Şimali Koreya dövlət mediasının raket sınaqları ilə bağlı sıx, çox vaxt həddindən artıq dramatik məlumatlar və qərəzli təhdidlər və dron çəkilişləri da daxil olmaqla, Hollivud filmlərini xatırladan səhnələr nümayış etdirməsidir.

Beynəlxalq mediada təkrarlanan bu görüntülər, xüsusən də ABŞ-Şimali Koreya münasibətləri ən aşağı səviyyədə olduğu bir vaxt narahatlıq hissi yarada bilir.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin bütün bunlar, diplomatik gərginliyin yüksək olduğu dövrlərdə belə, Cənubi Koreya üçün fövqəladə vəziyyət hissi oyatmır.

Cənubi Koreyanın buna o qədər də fikir verməməsinin səbəblərindən biri həyəcan yorğunluğu da ola bilər. Şimali Koreya 2006-cı ildən bəri 6 dəfə nüvə sınağı keçirib, 1984-cü ildən bəri isə təxminən 150 raket buraxıb.

1950-53-cü illərdə baş verən Koreya Müharibəsi texniki olaraq hələ də davam edir. Belə ki, bu müharibə sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatıb. Lakin böyük hərbi əməliyyatlardan on illər keçsə də, zaman-zaman gərginliklər baş verir. Məsələn, 2010-cu ildə Şimali Koreyanın sərhədində Cənubi Koreyanın bir adasını atəşə tutması və bir döyüş gəmisini batırması nəticəsində 50 nəfər ölmüşdü.

Cənubi Koreyanın özünə günvənməsinin başqa bir səbəbi isə öz ordusudur. ABŞ-ın müdafiəsinə güvənməklə yanaşı, Cənubi Koreya bir neçə yeni inkişaf etmiş raket, döyüş təyyarəsi və hətta təyyarə daşıyan gəmi də daxil olmaqla, daha çox öz silahını inkişaf etdirir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button