2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Siyəzəndə iki polisin dəm qazından boğularaq öldüyü bildirilir

Yayımlandı: 9 Yanvar 2023 11:42

Vəfat edənlər polis leytenantlarıdır

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları olan iki polis zabiti birlikdə yaşadığı evdə vəfat edib. Hadisə Siyəzəndə baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, hadisə yanvarın 8-dən 9-na keçən gecə baş verib. Vəfat edənlər polis leytenantları – 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovdur.

Onlar işlədikləri Siyəzən rayonunda kirayə qalırlarmış. Hadisə də həmin mənzildə baş verib.

Polis zabitlərinin dəm qazından boğularaq vəfat etdikləri müəyyənləşdirilib.

Bir neçə gün əvvəl Bakıda bir mənzildə dörd nəfər də dəm qazından boğularaq, vəfat etmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button