2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“Siz nəyi sübut etmək istəyirsiz?“ – Xatirə İslam

“Mən şəxsən hamıdan küsmüşəm. İstəyirəm ki, hər şeylə qurtarım. Hamıyla salamımı kəsim, telefon nömrəmi dəyişim”.

Moderator.az  xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.
Sənətçi bildirib ki, müğənnilərin əksəriyyəti obraza girir və qeyri-səmimi olurlar:
 “Baxırsan ki, ətrafında olan insanlar sənə yalan danışır, özünü düşünür. Tutaq ki, sən hörmətli birisən, hər yanda sözün keçir. Hamı sənin ətrafına yığılır, ayağın büdrəyən kimi hamı öz işinin arxasıyca gedir. İnstaqramda hamını çıxardım, heç kəsi izləmirəm. Başım sakit olsun, heç kəsi görmək istəmirəm. Görürsən ki, rus dilində danışan bir xanımdır. Özünü elə aparır ki, elə bil toya getmir.
Ayın 28 günü məclisə gedib oxuyur. Pis oluram, insan necə artistlik edə bilər? Toy haqqında sual verəndə sənə elə cavab verir ki… Elə bil alçaldıcı söz demişəm. Niyə özünü toy müğənnisi kimi qəbul etmirsən? Konkret obrazdadılar. Heç şəxsi həyatlarından belə danışmırlar. Siz kimə nəyi sübut etmək istəyirsiz? Özünüz olun. 36 yaşım var, 17 ildir ki, səhnədəyəm. Bu obrazları əzbərləmişəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button