2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ştatlı üzəduranlar, işverən “kişilər”, şərçi ağbirçəklər…

MTN generallarının zərərçəkmişlərlə bağlı ilginc tərk-silah taktikası

 

Verəcəyi olanlar alacağı olanları heç nədən necə borcluya çevirir?

Saytların yığılması Saytlarin yigilmasi

 

Hazırda istintaq və məhəkəməsi davam edən “MTN işi” ilə bağlı bir çox sabiq MTN yetkililərinin məsuliyyətə cəlb edildiyi hər kəsə bəllidir. Hazırda azadlıqda olan bəzi MTN general və polkovnikləri də var ki, onların da həbsi son bir ildir ki, öz aktuallığını qorumaqdadır. Bu şəxslərin həbs məsələsini aktual edən ən başlıca amil isə onların adlarının vaxtaşırı ölkə mediasında hallanması, bu şəxslərlə bağlı konkret vətəndaşların öz şikayətlərini mətbuat vasitəsi ilə dilə gətirməsidir. Hansı ki, həbs təhlükəsindən sığortalanmaq üçün həmin şikayətçilərin susdurulması, öz şikayətlərindən imtina etməsi və yaxud əlaqədar hüquq-mühafizə orqanlarında onların dələduz simasının yaradılması mühüm əhəmiyyət kəsb edir.

24saat.org-u məlumatlandıran etibarlı mənbənin sözlərinə görə, son bir neçə aydır ki, çoxlu sayda şikayətçisi olan bəzi MTN yetkililəri onları susdurmaq üçün ilginc və tükürpədici taktika sərgiləməkdədir. Belə ki, hər hansı formada razılığa gəlməyən, israrla öz haqqını tələb edən şikayətçiləri neytrallaşdırmaq, onlara süni şəkildə problem yaratmaq üçün MTN dönəmində çirkli məqsədlərlə istifadə edilən ştatlı və ştatdankənar üzəduranların xidmətindən gen-bol istifadə edilməkdədir.

Ən müxtəlif yaş və kateqoriyalardan olan bu şəxslərin vasitəsi ilə MTN yetkililəri ilə bağlı hüquq-mühafizə orqanları və media əməkdaşlarına şikayət ünvanlayan vətəndaşlara qarşı qurama iddialar irəli sürülür. Cavan “kişilərdən” tutmuş ağbirçək qadınlara qədər bir neçə adam MTN yetkilisindən şikayətçi olan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxsin onlardan borc pul alaraq vermədiyini iddia edir. Beləliklə də, yalançı zərərçəkmişlər hesabına MTN yetkilisindən şikayətçi olan şəxslə bağlı dələduz obrazı yaradılır. Hansı ki, növbəti etabda vətəndaşa MTN yetkilsi ilə bağlı şikayətdən imtina etmək təklif olunur və bildirilir ki, əgər o, öz şikayətindən imtina etsə, ona qarşı irəli sürülən yalançı şikayətlərdən də imtina olunacaq.

Bilgili qaynağın sözlərinə görə, artıq bir neçə vətəndaşa qarşı bu cür kampaniyaya start verilib ki, bu da nəticə etibari ilə azadlıqdakı MTN yetkililərinin bu gün də öz iyrənc əməllərindən imtina etmədiyini göstərir.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button