2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Stoltenberq Yerevan və Bakını sülh bağlamağa çağırıb

Yerevanda səfərdə olan NATO-nun Baş Katibi Yens Stoltenberq martın 19-da Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb. Cənubi Qafqazda sabitliyə toxunan Stoltenberq Ermənistanı və Azərbaycanı münasibətlərin normallaşmasına və dayanıqlı sülhə yol açacaq razılaşma əldə etməyə çağırıb. “Bu, Avro-Atlantik təhlükəsizlik üçün çox vacibdir, çünki vəziyyət getdikcə daha da təhlükəli hal alır”, deyən Baş Katib qeyd edib ki, “NATO Ermənistanın suverenliyini və ərazi bütövlüyünü, habelə onun sülh səylərini dəstəkləyir”. Bu barədə NATO-nun görüşün məzmununa dair press-relizində deyilir.

Baş katib həmçinin xəbərdarlıq edib ki, “Putin Ukraynada uğur əldə etsə, onun təcavüzünün bununla bitməyəcəyi və digər avtoritar oyunçuların cəsarət qazanacağı riski var”.

Stoltenberq NATO üzrə bütün tərəfdaşları “Putinin aqressiv müharibədə qalib gəlməməsinə zəmanət vermək üçün mümkün olan hər şeyi etməyə” çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

NATO-nun Baş Katibi həmçinin Ermənistanın öz silahlı qüvvələrinə demokratik nəzarəti təmin etməyə və korrupsiyaya qarşı mübarizəyə, demokratik institutların möhkəmləndirilməsinə və qanunun aliliyinə sadiqliyini vurğulayıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button