Bizim tərcümə

Sudanda çevrilişin ildönümündə minlərlə insan küçələrə axışıb… Etirazlarda ölənlərin sayı 119-a çatıb.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-25 22:25:13

Sudanda ötən il oktyabrın 25-də hərbi müdaxilədən sonra başlayan xalq etirazları davam edir. Çevrilişin ildönümündə minlərlə insan yenidən küçələrə çıxaraq rəhbərliyin tamamilə mülki şəxslərə verilməsi tələbini bir daha təkrarlayıb. Paytaxt Xartumda prezident sarayına gedən nümayişçilərə polis gözyaşardıcı qaz və səs bombaları ilə cavab verib. Təkər yandıran nümayişçilər tez-tez “Hakimiyyət xalqındır, ordu kazarmadadır” şüarları səsləndirib.

Etirazda iştirak edən 21 yaşlı universitet tələbəsi Salah Abdallah, “Onlar interneti bağlasalar da, körpüləri bağlasalar da, qoşunlar geri çəkilənə qədər təzyiqlərimizi davam etdirəcəyik” dedi.

Saytların yığılması Saytlarin yigilmasi

ETİRAZLARDA HƏYAT İTKİLƏRİ 119-A YÜKSƏR

Nümayişlər zamanı 1 etirazçının təhlükəsizlik qüvvələrinə məxsus yük maşınının altında qalaraq öldüyü, indiyədək etirazlarda həyatını itirənlərin sayının 119-a yüksəldiyi bildirilib.

NƏ OLUB?

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin 11 aprel 2019-cu il xalq üsyanı ilə sona çatmasından sonra başlayan keçid dövründə hakimiyyət ordu ilə mülki idarə arasında bölüşdürülə bilmədi. Ötən il oktyabrın 25-də baş nazir Abdullah Hamduk və digər mülki hökumət rəsmiləri, o cümlədən azı 4 nazir saxlanılıb. Suverenlik Şurasının sədri və ordu komandanı Əbdülfəttah əl-Burhan daha sonra fövqəladə vəziyyət elan edərək mülki idarəni ləğv etdiyini açıqlayıb.

Çevrilişdən sonra xalq üsyana qalxdı və nümayişlər başladı. Noyabrın 21-də əl-Burhan və Hamduk arasında razılıq əldə olundu və Hamdukun yenidən baş nazir vəzifəsinə keçməsi qərara alındı ​​və Hamduk vəzifəyə başladıqdan təxminən 2 ay sonra, yanvarın 3-də istefa verdiyini açıqladı. Ölkədə 7 aydır davam edən fövqəladə vəziyyət mayın 29-da ləğv edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button