2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Sülhməramlılara” fikir vermədən işə başlamaq?

Azərbaycan hazırda Rusiya hərbçilərinin, qondarma sülhməramlıların nəzarətində olan Qarabağdakı torpaqlara qaz kəməri çəkməyi planlaşdırır. Söhbət Ağdamdan Xankəndinə qədər uzanacaq qaz kəmərindən gedir.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında öz əksini tapıb.

Sənədə əsasən, SOCAR 2025-ci ilə qədər Ağdam-Xankəndi qaz kəmərinin və qaz kəmərinin qollarını çəkməli və orada qaz tənzimləyici məntəqələr quraşdırmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Çox maraqlı məlumatdır. Axı Rusiya sülhməramlıları Qarabağdan ən tez 2025-ci ilin noyabrında çıxarıla bilər. Tədbirlər planında isə deyilir ki, SOCAR əməkdaşları 2025-ci ilin əvvəlinə kimi Xankəndinə qaz xətti çəkməlidirlər. Bu o deməkdir ki, nə Rusiya hərbçiləri, nə də Qarabağda onların nəzarətində olan silahlı separatçılar qazlaşdırma prosesinə mane olmamalıdır. Bunun praktikada necə olacağı çox maraqlı deyilmi? Daha bir maraqlı sual var – Bakı sənədi dərc etməmişdən əvvəl bu tarixi Moskva ilə razılaşdırıbmı? Çünki əks halda bu, Rusiya rəhbərliyinə növbəti siqnal deməkdir – yəni, biz sizin gedişinizi gözləmək fikrində deyilik, Qarabağdakı ərazilərimizdə sülhməramlıların və “DQR” separatçılarının gözü qarşısında qaz kəmərləri çəkməyə başlayacağıq. Bunu necə təmin etmək olar? Yəqin ki, yalnız Azərbaycan Silahlı Qüvvələrinin iştirakı və dəstəyi ilə. Bakının bu açıqlaması başqa nə demək ola bilər?

Press Klubun suallarını Hankuk Xarici Tədqiqatlar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov cavablandırıb:

– Burada bəzi anlaşılmazlıqlar var. Rusiya sülhməramlıları Azərbaycan ərazisində ona görə yerləşdirilməyiblər ki, onun suveren hüquqlarını həyata keçirməsinə mane olsunlar. Çünki Qarabağ Azərbaycan ərazisidir və bu, Bakı ilə Moskva arasında müzakirə mövzusu deyil. Rusiya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sülhməramlılar ona görə oradadırlar ki, Qarabağın erməni əhalisini mümkün arzuolunmaz toqquşmalardan qorusunlar. İkinci Qarabağ müharibəsindən və ya istənilən hər hansı digər münaqişədən sonra belə potensial toqquşmalar mümkündür.

Nəzərdən keçirilən halda Bakının ermənilərin yaşadığı ərazi ilə aktiv əlaqələri olmasa da, bu o demək deyil ki, orada planlarını həyata keçirə bilməyəcək. Yeri gəlmişkən, artıq onlarla müxtəlif sahələrdə müəyyən əlaqələr var. Söhbət ilk növbədə, bu rayonda yerləşən Sərsəng su anbarı ilə bağlı olan birgə layihələrin icrasından gedir.

O ki qaldı Azərbaycanın müəyyən etdiyi tarixləri və ya atacağı addımları Moskva ilə razılaşdırması məsələsinə, bu heç bir halda olmamalıdır. Çünki bu, Azərbaycandan başqa heç kimə aidiyyatı olmayan daxili məsələdir. Əgər Bakı bunu etməyə başlasa, o zaman Azərbaycanın bütün bu əraziləri üzərində tam suverenliyinə əsaslı şübhələr yaranmağa başlayacaq. Kiminləsə nəyisə koordinasiya etməyə ehtiyac yoxdur.

Aydındır ki, hadisələrin mərhələli gedişatı var. Zamanla Ermənistandan bu bölgəyə qaz axını dayandırılacaq, sakinlər Azərbaycan ərazisində formalaşan bütün infrastrukturlara qoşulacaq. Ona görə də burada söhbət sülhməramlıların bunun qarşısını alıb-almayacağından deyil, onların infrastrukturun qurulması prosesində hadisələrin arzuolunmaz inkişafını necə minimuma endirməsinə nail olmasından getməlidir.

Təcrübə göstərir ki, alternativ Laçın yolunun çəkilişi zamanı heç bir arzuolunmaz hərəkətlərə yol verilməyib (Prezident Əliyev özü bu barədə danışıb), sülhməramlılar praktiki olaraq ortalıqda olmayıblar, yerli ermənilər isə gəliblər, əlaqə saxlayıblar və hətta tikintiyə kömək ediblər. Ona görə də, qaz kəməri layihəsinin icrasına başlanmasının sülhməramlıların 2025-ci ildə mümkün gediş tarixi ilə heç bir əlaqəsi yoxdur.

Rauf Orucov

24 saat” ““Sülhməramlılara” fikir vermədən işə başlamaq?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button