2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sumqayıtlıların su problemi: Qrafiklə gələn suya fasilələr verilir

Yayımlandı: 28 Noyabr 2022 12:48

“Nədənsə 9-cu mikrorayonda “təzyiq problemi”, “qəza problemi” bəhanələri bitmir”

“Yaşadığımız ərazidə su problemi uzun illərdir davam edir. Hər dəfə çoxsaylı şikayətlərdən sonra su qrafiklə gəlir, amma bir-iki ay çəkmir, yenidən su fasilələrlə verilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27 ünvanda yaşayan sakinləri bildiriblər. Sakinlərdən İlkin Məmmədkərimov deyib ki, 9-cu mikrorayon Sumqayıtda əhalinin sıx yaşadığı ərazilərdən biridir. Qrafiklə səhər saat 06:00-dan 10:00-dək, eyni zamanda, axşam saat 18:00-dan 22:00-dək su verilməlidir:

“Su elə təzyiqlə verilir ki, bir vedrə su götürmək mümkün olmur. Dəfələrlə Sumqayıt Sukanal İdarəsinə zəng edib şikayət etmişik. Amma nədənsə 9-cu mikrorayonda “təzyiq problemi”, “qəza problemi” bəhanələri bitmir”.

Şikayətçi bildirib ki, yalnız çoxsaylı şikayətlərdən sonra təxminən 1-2 ay əvvəl vəziyyət düzəlib, su təzyiqlə qrafikə uyğun verilib. Son bir neçə gündür yenidən problem başlayıb:

“Belə vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Hamı çalışır ki, vaxtında evdə olsun, səhər, yaxud axşam su gəlməyəndə növbəti günə qədər susuz qalmayaq. Yuyunmaq üçün su götürüb, qızdırırıq. “Azərsu” isə birdəfəlik tədbir görmür”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Meydan TV-yə bildirib ki, sakinlərin müraciətindən xəbərdardırlar. Problem varsa, həllini tapacaq:

“Həmin ərazi qrafikli rejimlə su alır və qrafikə uyğun olaraq 4 saat səhər, 4 saat axşam su verilir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button