2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Talibanın hakimiyyətdə bir ili: hansı fraksiya söz sahibidir

Ekspertlərin fikrincə, iyulun 31-də əl-Zəvahirinin Kabildə dron zərbəsiylə öldürülməsi Taliban üçün dönüş nöqtəsi ola bilər

Saytların yığılması Saytlarin yigilmasi

Taliban silahlı qruplaşmasının Əfqanıstanda beynəlxalq miqyasda tanınmış hökuməti devirərək hakimiyyəti ələ keçirməsindən bir il ötür.

Son bir ildə ekstremist qrup hakimiyyəti inhisara alıb, çoxsaylı etnik və siyasi qrupları kənarlaşdırıb. Talibanın qadın hüquqları və mətbuat azadlığına sərt qadağalarına etiraz edən jurnalistlər və insan haqları müdafiəçiləri həbs edilib, döyülüb.

Silahlılar rəqib İslam Dövləti-Xorasan (İD-X) ekstremist qruplaşmasına qarşı qanlı müharibə aparıblar. Qruplaşmanı məğlub etmək mümkün olmayıb, böyük şəhərlərdə ölümcül partlayışlar törətməkdədir.

Ekspertlər Talibana ən böyük təhdidin qruplaşma daxilində ziddiyyətlərin artmasında görürlər. Rəqib fraksiyalar siyasi hakimiyyət və iqtisadi resurslar uğrunda savaşdıqca parçalanma dərinləşir.

Bütöv ölkəyə nəzarət edən rejim

Talibanı heç bir ölkə tanımayıb. Ancaq sərt siyasəti yumşaltmaq, Əfqanıstanda humanitar fəlakəti önləmək istəyən Qərb ölkələri ekstremist qrupla dialoqu davam etdirirlər. ABŞ-ın Kabildə dron zərbəsilə öldürdüyü Əl-Qaidə lideri Ayman əl-Zəvahiriyə Talibanın sığınacaq verməsi iddiaları qrupun beynəlxalq legitimlik qazanmaq hədəflərinə təhdid yaradıb, müşahidəçilər bu fikirdədirlər.

“Taliban üçün Əfqanıstanın son 40 illik tarixində bütöv ölkəyə nəzarət edən yeganə rejim olması böyük məsələdir”, – veteran əfqan jurnalist, Talibanı 1990-cı illərdəki yaranışından izləyən Sami Yusifzay deyir.

Onun fikrincə, Talibanın ərazi üstünlüyü 1990-cə illərdəki vətəndaş müharibəsinin qarşısını alacaq. O zaman qonşu ölkələr Əfqanıstanın müxtəlif yerlərinə nəzarət edən rəqib fraksiyaları silahlandırırdı.

Təhdid yox, qanqaraçılıq

Ölkənin müxtəlif regionlarında azsaylı kiçik silahlı qruplar Taliban idarəçiliyinə qarşı çıxsa da, onlar zəif, parçalanmış vəziyyətdədir, sığınacaqları, kənardan köməkləri yoxdur.

“Onlar Taliban rejiminə təhdid deyil, qanqaraçılıq yaradır”, – Vaşinqtondakı Yaxın Şərq İnstitutu təhlil mərkəzində Əfqanıstan və Pakistan üzrə araşdırmalar direktoru Marvin Veynbaum söyləyir.

İndiyədək ən güclü anti-Taliban qrupu kimi Milli Müqavimət Cəbhəsi görünüb. Onun başçısı Əhməd Məsud keçmiş mücahid komandir Əhməd Şah Məsudun oğludur. Sonuncu 1980-ci illərdə Əfqanıstanın şimalındakı Pəncşir vadisindən sovet qüvvələri, 1990-cı illərdə isə Talibanıa vuruşurdu.

Bu qrup Talibana qarşı ölümcül, təkəmseyrək hücumlar təşkil etsə də, vadini tam nəzarətə ala bilməyib. Taliban müqaviməti qəddarlıqla yatırdıb, müqavimət göstərən döyüşçülərin öldürüldüyü, işgəncə gördüyü, dinc sakinlərin saxlandığı, döyüldüyü xəbərləri gəlib.

Qərbə sabitlik lazımdır

Veynbaum deyir ki, Əfqanıstanın qonşuları və xarici qüvvələr silahlı müqavimət qrupları vasitəsilə daha geniş vətəndaş müharibəsi qızışdırmaqda maraqlı deyillər.

“Onların Kabildə hakimiyyətdə qalaraq humanitar böhranın həllindən ötrü beynəlxalq cəhdlərin asanlaşdırması üçün sabitliyi saxlamasına üstünlük verərdilər”, – deyən təhlilçi beynəlxalq ictimaiyyətin İD-X kimi silahlı qrupların yaratdığı təhdidin cilovlanmasını istədiyini vurğulayır.

Ancaq Taliban dinc müxalifəti də zorakılıqla sıxışdırır.

İnsan haqları qrupları Talibanı qanunsuz qətllərdə, özbaşına həbslərdə, məcburi yoxaçıxmalarda, işgəncədə ittiham edirlər. Silahlılar insan haqları müdafiəçilərini, qadın fəalları, jurnalistləri, ziyalıları hədəfə alırlar. Qadınların təməl hüquqlarının tələb olunduğu dinc etirazlar zorakılıqla yatırdılır. Əfqanıstan mediası da jurnalistlərin qorxudulması, saxlanması, döyülməsi yoluyla susdurulub.

İntriqalar

Ekspertlər Talibana ən böyük təhdidi daxili ziddiyyətlərin dərinləşməsində görürlər. Hakimiyyətin və iqtisadi resursların bölünməsiylə bağlı mübahisələr bəzən zorakılıqla nəticələnir. Taliban iyunda ölkənin şimalında dissident komandirə qarşı ölümcül hərbi kampaniya həyata keçirib. Müşahidəçilər cəlbedici kömür mədənlərinə nəzarətlə bağlı savaş getdiyini deyirlər.

Ekspertlərin sözlərinə görə, əsasən paştunlardan ibarət Taliban etnik, regional və tayfalar üzrə bölünür. Qrip daxilində siyasətlə bağlı da ziddiyyətlərin olduğu deyilir.

Şərqdəki Həqqani fraksiyası ilə cənubda Talibanın qurucularından ibarət fraksiya arasında rəqabətin böyüdüyü ehtimal olunur.

Ölkənin şimalındakı etnik tacik və özbək komandirlərinin fraksiyası nisbətən kiçik və daha az güclü hesab edilir.

24 saat” “
Talibanın hakimiyyətdə bir ili: hansı fraksiya söz sahibidir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button