2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Ləzzət eləyir bizim məmurları bu vəziyyətə gətirib çıxardanda.

Tanınmış blogger Mehman Hüseynov yenə məmurlara meydan oxudu. Yazdığı son statusu ilə yeni planları olduğunun üstüörtülü anonsunu verən bloggerin həmin statusu bəzi xırda düzəlişlə təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

Bu soyuq havada evdə oturub, kofemi içib Aztv-yə baxıb gülürəm.

Dünən sosial şəbəkələrdə Sosial Mufadiə naziri Səlim Müslümovun mülkləri və onun gördüyü işlər barədə reportaj yaymışdım. Elə bir neçə saatdan sonra P”aztv” həmin naziri efirə çıxardıb, camaatın ürəyini yumuşaldmaq üçün nazirdən hesabat alır. Nazir də yazıq sifət alıb xalqa hesabat verir ki, il ərzində nə işlər görüb….
Bunlar belədi də mıxa keçəndə, ictimai qınaq olanda qorxularından tez efirə çıxıb camaatın konlünü alırlar, camaata hesabat verirlər, bir sözlə dovşana dönürlər.

mehman-selim
( keçən həftə isə Hadi Rəcəblinin mülklərini və biznes şəbəkəsini yaymışdıq, sonradan İTV-nin efrinə çıxardıb hesabat almışdılar)

meh-hadi

Nazir Səlim Müslümov da elə dayanmadan basıb bağlayır e, ay inkişaf belədi, ay nə bilim bizim sosial durumumuz dünyada ən yaxşısı sayılır. Ay cənab nazir, efirdə boş-boş, yalan danışmaqdansa, sən açıqlama ver xalqa, o əldə etdiyin villalar hansı pullar ilə tikmisən? Sən açıqlama ver, niyə aylardı camaat sosial muavinat ala bilmir? Sən açıqlama ver, niyə babalarımızın, nənələrimizin pensiyaları geciktirilir? Sən açıqlama ver niyə əlil vətəndaşlarımız, şəhid ailələrimiz aylardı sənin qəbuluna düşə bilmir? Bunlardan danış, efirdə saxta inkişafdan basıb bağlamaq lazım deyil, onsuz da camaat bu nağıllara artıq inanmır!

Odur ki, işimizə mütləq davam etməliyik. Məmurlar artıq qorxuya düşüblər, oturublar indi lomkada, efirdə deyirlərki sosial şəbəkələr bunlara zərbə vurur. Bəli düz deyirlər, çünki illərdi xalqdan oğurladığı pulları, aldıqları mülkləri, biznes şəbəkələrini gizlədirdilər. Özlərini mələk kimi aparırdılar. Bütün televiziyaları, bir çox qəzetləri, saytları pul ilə susdurublar – elə biliblər kef edəcəklər. Amma unudublar ki, biz varıq.

Çəkirik, araşdırırıq, xalqa görsədirik sizin əsl simalarınızı!

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button