2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Tarif Şurasından qəbul imtahanlarında ödənişlə bağlı AÇIQLAMA

Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak üçün qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı İşçi qrup səviyyəsində müzakirələr aparılır.

Bu barədə Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov bildirib. O qeyd edib ki, optimal qiymət müəyyən olunacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev DİM-in fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Tarif (qiymət) Şurası test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib, prezidentə məlumat verməlidir. (apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button