2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tehran hipersonik raketi sınaqdan keçirdiyini bildirib

Reuters agentliyi bildirir ki, İran bundan əvvəl bu tip raketlərin sınağını keçirdiyi barədə məlumat verməmişdi

Saytların yığılması Saytlarin yigilmasi

İranın kosmik-hava qüvvələrinin komandanı Əmir Əli Hacızadə İranda hipersonik raketin hazırlandığı barədə məlumat verib.

Bu barədə xəbəri İranın Təsnim agentliyi yayıb.

Əmir Əli Hacızadə deyib ki, bu raket yüksək sürətlə uçur, atmosferdə və ondan daha yuxarı qatlarda manevr edir.

O əlavə edib ki, raket müasir hava hücumundan müdafiə sistemlərini vura və onların müdafiəsini yara bilir.

Reuters agentliyi bildirir ki, İran bundan əvvəl bu tip raketlərin sınağını keçirdiyi barədə məlumat verməmişdi.

Qərb hərbi ekspertləri bildirirlər ki, Tehran bəzən özünün silah texnologiyaları sahəsindəki nailiyyətilərini şişirdir.

Hipersonik raketlər mürəkkəb trayektoriya ilə səsdən ən azı beş dəfə yüksək sürətlə uçur və buna görə də hava hücumundan müdafiə sistemlərinin onları vurması son dərəcə çətindir.

ABŞ-ın narahatlığı

İndiyədək Rusiya, Çin, ABŞ və ehtimalən Şimali Koreyanın hipersonik raketlləri sınaqdan keçirdiyi məlumdur.

Bu sahədə niyyətlərini Avstraliya, Britaniya və Fransa da bəyan ediblər.

Noyabr ayında İran xəbər vermişdi ki, özünün Ğayem 100 üçmərhələli daşıyıcı raketini sınaqdan çıxarıb.

Xəbər verilirdi ki, bu raket çəkisi 80 kiloqramadək peykləri Yerdən 500 kilometr aralı orbitə çıxara bilir.

ABŞ İrandan alınan bu xəbərlə bağlı narahatlığını bildirmişdi. Vaşinqton narahat idi ki, Ğayem 100 raketi nüvə başlığı daşıya bilər.

Tehran bu kimi niyyətlərinin olduğunu inkar edir.

24 saat” “
Tehran hipersonik raketi sınaqdan keçirdiyini bildirib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button