2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Telman İsmayılov Abraham Russoya hücumda ittiham olunur

Yayımlandı: 29 İyul 2022 14:56

“İş adamı şəxsi ədavət zəminində müğənnini qətlə yetirməyə cəhd edib”

Rusiya Federasiyasının İstintaq Komitəsi azərbaycanlı iş adamı Telman İsmayılovu müğənni Abraham Russoya hücumun təşkilində qiyabi ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə müğənninin vəkili Andrey Aleşkinə güc strukturlarından məlumat verilib.

Bildirilib ki, 2006-cı ilin avqustunda naməlum şəxslər müğənninin mühafizəçisi ilə birlikdə olduğu avtomobili avtomatdan atəş açıblar.

Həmin vaxt A.Russo dörd güllə yarası almışdı və sağaldıqdan sonra Rusiyanı müvəqqəti tərk edib.

“Müəyyən edilib ki, “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılov şəxsi ədavət zəminində Abraham Russonu qətlə yetirməyə cəhd edib”, – deyə idarənin mətbuat xidmətindən bildirilib.

Müstəntiqlər müəyyən edib ki, sənətçiyə hücumda keçmiş taksi sürücüsü Vitali Dzhura, Aleksey Tryasnikov və atəş açan Demkin iştirak edib.

Abraham Russo. Mənbə: “secretmag.ru”

Vəkilin sözlərinə görə, Demkin 2014-cü ildə başqa cinayətə görə cəza çəkərkən ölüb:

“Djura və Tryasnikov isə 2021-ci ildə həbs edilib, sonuncu zaminə buraxılıb. Prokuror Tryasnikovun qaça biləcəyindən qorxaraq məhkəmədən onun həbsini istəyib, lakin hakim onları dəstəkləməyib”.

Abraham Russo hazırda Rusiyada dövlət himayəsindədir.

Telman İsmayılova gəldikdə, sonuncu dəfə Monteneqroda görünüb.

Oktyabrda yerli polis onu Rusiyanın tələbi ilə həbs etsə də, sərbəst buraxılıb.

O, sahibkarlar Vladimir Savkin və Yuri Brylevin qətlini təşkil etməkdə şübhəli bilinir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button