2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Töhmətli vəkil İlham Nurivey müəmması

Prezidentin hakimlikdən qovduğu şəxsi Fikrət Məmmədov necə qoruyur?

Sön dövrdə məhkəmə və polis sistemlərində baş verən müsbət dəyişikliklər danılmaz faktır. İstər İlham Əliyevin nəzarətində məhkəmə-hüquq siteminin yenidən formalaşdırılaraq nəzərəçarpacaq dərcədə inkişaf etməsi, istərsə də polis orqanlarında vətəndaşlara münasibətin müsbətə doğru kəskin dəyişməsi göz önündədir.

Fəqət bu dəyişikliklərin fonunda  sözügedən inkişafa şəxsi mənafeyi naminə mane törədən fərdlər də əfsus ki, hələ də qalır.

Bu yazımızda sizə İlham Əliyevin 4 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin sabiq hakimi və sabiq sədri vəzifəsindən azad edilən İlham Qubad oğlu Nuriyevin Ədliyyə Naziri Fikrət Məmmədova güvənərək yenidən eyni əməlləri necə təkrar etdiyini və bu dəfə cəzasız qaldığını qismən çatdırmağa çalışacağıq.

Saytların yığılması Saytlarin yigilmasi

Yeri gəlmişkən, Fikrət Məmmədova arxalanan 19 saylı vəkil bürosunun üzvü İlham Nuriyevin müştərilərini qorxudaraq onlardan böyük məbləğdə pul almağı ilə fərqləndiyi iddia olunur.

İlham Nuriyev
İlham Nuriyev

Əgər əlahəzrət fakta müraciət edərsək, İ. Nuriyevin müdafiə etdiyi “qurbanlarından” biri Cumayev Nəriman Nəbi oğlu uzun müddət Rusiya Federasiyasında onun biznesinə rəhbərlik etmiş Əhəd adlı şəxs tərəfindən şərləndiyi üçün hüquqi yola üz tutmaq qərarına gəlir.

Haşiyə:

Cumayev Nəriman Nəbi oğlunun Şəki şəhərində işlətdiyi tikinti materialları dükanında şərik olduğu Əhəd adlı şəxs uzun müddət əvvəl tanıdığı Tofiq adlı şəxsdən külli miqdarda borc götürüb. Nəriman hadisədən xəbər tutan zaman artıq məbləğ ortada olmayıb. Amma iş yerinin etibarını ümdə bilən Nəriman Cumayev Əhədin aldığı borcu ARTIQLAMASI ilə Tofiq adlı şəxsə ödəyir. Amma Tofiq bununla razılaşmır və əlavə 50-60 min dollar da tələb edir. Əhəd isə məsuliyyəti üzərindən atır. Beləliklə, Nəriman görmədiyi və xərcləmədiyi hətta geri ödədiyi puludan əlavə yenə 60 min manat ödəməli olmağı ilə təhdid olunur. Heç bir sənəd-sübut olmasa da Nəriman Cumayev prokurorluğa və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılır. Elə həmin ərəfədə Nəriman vəkil adını daşıyan İlham Nuriyevlə (Şəkidə ferma işlətdiyinə görə arada olan tanış şəxslər onu məsləhət görüb) qarşılaşır. Razılaşma günü İlham Nuriyev Nəriman Cumayevdən Prokurorluq və BMCMİ-yə verilmək adı ilə 6800 AZN pul tələb edərək alır. Bu istəyin təmin olunmasından sonra hər iki qurum Nərimanın əməlində cinayət tərkibinin olmadığına dair qərar çaxarır.

Müdafiə etdiyi şəxsin günahsız olması və psixoloji vəziyyətini nəzərə alan İlham Nuriyev müəyyən müddət sonra ondan yenidən 12 min manat pul tələb etməyi özünə rəva bilir. Bu dəfə isə deyib ki, bu rüşvət qarşı tərəfin bütün zamanlarda edəcəyi şikayətlərin qarşısını almaq üçün lazımı instansiyalara çatdırılacaq. Uzun psixoloji təsirdən sonra müdafiə etdiyi şəxsi ram etməyi bacaran İlham Nuriyev bu məbləği də əldə edib.

Lakin Nəriman Cumayev bir müddət sonra 12 min manat pulu verərkən aldadıldığını başa düşür və pulu geri tələb edir. Nərimanov rayon polis idarəsinin işə ədalətli yanaşmasından sonra 18.07.2021-ci il tarixdə 12 min manat pul Nəriman Cumayevə qaytarılır və bunun qarşılığında isə Cumayev vəkilindən NƏRİMANOV RAYON POLİS İDARƏSİNƏ etdiyi şikayəti geri götürür.

Elə hər şey də sözügedən şikayətin geri götürülməsindən sonra başlayır.

Qeyd edək ki, yazı hazırlanan ərəfədə (25.07.2021) Nəriman Cumayev Nərimanov rayon polis idarəsinin müstəntiqi Məhəmməd Tağıyevin sanksiyası əsasında saxlanılıb. Maraqlıdır ki, Məhəmməd Tağıyev bu tələbin Prokurorluğun Baş istintaq idarəsindən gəldiyini və Cumayevə qarşı cinayət işinin olduğunu bildirib. Əslində isə, vəkilin aldığı rüşvəti geri qaytarmasına qədər Cumayev dəfələrdə Nərimanov Rayon polis İdarəsində olub və barəsində heç bir cinayət işinin olmadığını dəftərxanadan müəyyənləşdirib. Hətta buna dair sənəd də təlləb edib. Həmin sənədin Cumayevə verilməsi üçün 1 həftə vaxt istənilib. Amma həmin 1 həftə ərzində proses hansısa sehirli əlin vasitəsiylə Cumayevin özünə qarşı çevrilib və “məlum olub ki”, sən demə, bu şəxs barədə cinayət işi var imiş.

Bu yerdə onu da qeyd edək ki, vəkil adını daşıyan İlham Nuriyev 12 min manat pulu geri qaytararkən “gör sənin başına nə oyun açacağam” da deməkdən çəkinməyib.

Hazırda saxlanılan Cumayev Nərimanının atası ilə telefon danışığı zamanı İlham Nuriyev oğlunun məhkəməyə çıxarılaraq həbs olunacağını deyərək illərlə vərdişə çevirdiyi əməlini yenidən təkrarlayaraq təhdidə baş vurub.

Bu yerdə onu da bildirək ki, Nəriman Cumayev polisin çağırışına cavab verərək şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Nərimanov rayon polis idarəsinə getdikdən sonra qanunun tələbinin ziddinə “şübhəli şəxs” qismində saxlanılıb.

 

Başqa sözlə, ölkə başçısı İlham Əliyevin, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun və Vəkillər Kollegiyasının sədri Anar Bağırovun bütün səylərinə baxmayaq, İlham Nuriyev kimi töhmətli vəkillər və Məhəmməd tağıyev kimi qanunun tələbini pozan müstəntiqlər bu əməyi heç etməyə çalışırlar.

Ümidvarıq ki, sadaladığımız faktlar araşdırıldıqdan sonra həm Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozmağı ilə tanınan, daha sonra isə Fikrət Məmmədovun tapşırığı ilə vəkil mandatı alan İlham Nuriyev, həm də “tapşırıq Prokurorluqdan gəlib” deyən müstəntiq Məhəmməd Tağıyev barəsində lazımi tədbir görüləcək.

Mövzuya qayıdacağıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button