2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Tokioda Olimpiya oyunları başlayır

İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq.

Məlumata görə, Tokionun Milli Stadionunda baş tutatcaq açılış mərasimində koronavirus infeksiyasının davamlı artması səbəbindən iştirak məhdud olacaq.

Təşkilatçılar şounun təfərrüatlarını açıqlamayıblar, lakin 15 dünya lideri daxil olmaqla təxminən 950 nəfərin 68 min nəfərlik Olimpiya Stadionunu ziyarət edəcəyi bildirilir.  

Saytların yığılması Saytlarin yigilmasi

İyulun əvvəlində təşkilatçılar koronavirusa yoluxma hallarının artması səbəbiylə Tokioda yeni bir fövqəladə vəziyyət elan edildikdən sonra olimpiada yarışlarının tribunalarda tamaşaçısız keçiriləcəyini elan ediblər.

Tokioda keçiriləcək Yay Olimpiya Oyunları keçən il baş tutmalı idi, ancaq koronavirus pandemiyası səbəbindən təxirə salındı.

İyulun 22-də Tokioda 1.979 COVID-19 -a yoluxma halı qeydə alınıb ki, bu da yanvar ayının ortalarından bəri ən yüksək göstərici sayılır.

Bu infeksiya, bir neçə idmançı da daxil olmaqla olimpiadada iştirak etmək üçün akkreditə olunmuş təxminən 90 nəfərdə də aşkar edilib. 

 

24 saat” “Tokioda Olimpiya oyunları başlayır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button