ÖZƏLManşet

Tovuz icra başçısı Məmməd Məmmədov Azərbaycana belə xəyanət etdi – ŞOK GÖRÜNTÜLƏR

44 günlük “Vətən müharibəsi”nin qızğın dönəmlərində tərəflər olan Azərbaycan və Ermənistan bir-birinə qarşı ən çox dini abidələrin və qəbristanlıqların dağıdılması ilə bağlı ittihamlar irəli sürüb. Bu baxımdan ermənilərin törətdiyi vandallığın həddi-hüdüd olmayıb və ölkə başçısı İlham Əliyev öz çıxışlarında bu amili xüsusi qabardıb. Azərbaycan isə mono millətli ölkə olmadığını, çoxmillətli ölkə kimi hüdudları daxilində yaşayan bütün xalqların mədəni irsinə daim hörmətlə yanaşdığını vurğulayaraq düşməndən fərqləndiyini sübut etməyə çalışıb.

Əfsuslar olsun ki, son günlər Tovuz rayonundan əldə etdiyimiz videogörüntülər həm ölkə başçısının, həm də Azərbaycanın haqq işini daim müdafiə edən şəxslərin həqiqəti ifadə edən sözlərini şübhə altında qoyur.

24saat.org” olaraq əldə etdiyimiz videoda Tovuz rayonu ərazisində yerləşən alman qəbristanlığının bir hissəsinin satıldığı və hazırda satılmış ərazidə qazıntı-tikinti işlərinin aparıldığı aydın görünür. Bu isə Tovuz rayon icra başçısı Məmmədov Məmməd Cahangir oğlunun şəxsi varlanma marağından daha çox, Azərbaycanın imicinə qəsdən vurulan zərbəni ehtiva edir.

Yuxarıda sadaladığımız incə məqamları nəzərə alaraq, əldə etdiyimiz görüntüləri yayımlayır və məsələnin araşdırılması, Azərbaycanın kürəyinə xəngər sancan məmmədovkimilərin cəzalandırılmasını tələb edirik.

Əminik ki, yaydığımız videda görüntülənən özbaşınalıqları törədən məmurların cəzalandırılması Azərbaycanın dünya miqyasında bu kimi məsələlərə necə həssaslıqla yanaşdığının sübutu olacaqdır.

24saat.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button