Türkiyədə ölənlərin sayı artır

Yayımlandı: 7 Fevral 2023 12:53
3381 nəfərin həlak olduğu bidirilir
Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən ölənlərin sayı artır.
Fevralın 7-nə olan məlumata görə, 3 min 381 nəfər həyatını itirib.
Yaralananların sayı 20 min 426 nəfərdir.
5775 binanın dağıldığı rəsmən təsdiqlənib, ümumilikdə 11302 binanın qəzalı vəziyyətdə olduğu bildirilir.
Fevralın 6-da Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində baş verən 7,7 bal gücündə zəlzələ 10 vilayəti əhatə edib.
Türkiyədə fevralın 6-dan 7 gün matəm elan olunub.

Suriyada 1000 nəfərdən çox adam ölüb
Eyni gündə Suriyada da zəlzələ baş verib.
Bu ölkədə ölənlərin sayı min nəfəri ötüb.
Azərbaycanda yardım kampaniyası
Türkiyənin Azərbaycandakı səfirliyi fevralın 6-da baş verən zəlzələ ilə əlaqədar yardım kampaniyası elan edib.
Yardım kampaniyası Babək prospekti 27-də keçirilir.
Bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, yardımlar “Doğtaş” mebel mağazasında toplanılır:
“Əsasən qış paltarları – gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır”.