2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyə Baş Qərargahında “Azərbaycan qrupu” nə deməkdir?

Bakı/10.09.21  Avqustun 26-da Türkiyənin “Cümhuriyyət” qəzeti ölkənin Ali Hərbi Şurasına istinadən Türkiyə ordusunda ali hərbi postlara təyinatlar barədə məlumat dərc edib.

Şuranın rəsmi məlumatında bütün növ qoşun və hərbi birləşmə komandanlığına 141 general və admiralın təyin olunmasından danışılır.

Bu siyahıda Quru Qoşunları Əməliyyat İdarəsinin rəisi general Bəxtiyar Ersayın adı çəkilir və o, “Azərbaycan əməliyyat qrupu”nun komandanı təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

General Ender Günər “Azərbaycan əməliyyat qrupu”nun qərargah rəisi təyin edilib.

Briqada generalı Abdulla Katırcı Qarabağda Monitorinq Mərkəzinin komandanı təyin edilib.

Qeyd edək ki, həmin yazıda Türkiyə Qüvvələrinin Suriya və Liviyada Komandanının təyin olunmasından danışılır.

Qeyd edək ki, həmin yazıda Suriya və Liviyada Türkiyə qüvvələri komandirlərinin təyinatından da danışılır.

Məlumatlı mənbədən Turan agentliyinə məlum olub ki, “Azərbaycan əməliyyat qrupu”nun yaradılması məsələsi bir müddət öncə Türkiyə hərbi kontingentinin Azərbaycana göndərilməsi məsələsi müzakirə olunanda ortaya çıxıb. Baxmayaraq ki, bu, baş verməyib, qərar özü gündəlikdən çıxarılmayıb və zərurət yarandıqda həyata keçiriləcək. Generalların adlarının və “Azərbaycan əməliyyat qrupu” haqda faktın açıqlanması göstərir ki, bu məsələ gündəlikdən çıxarılmayıb, mənbə qeyd edib.

Qeyd edək ki, bu material yayılandan sonra nə Azərbaycan, nə də Türkiyə tərəfdən təkzib olmayıb. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button