2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə yeni bir qaçqın böhranından narahatdır

Türkiyə yeni bir qaçqın böhranından narahatdır və Əfqanıstandakı Taliban üsyançılarından qaçan axının qarşısını almaq məqsədi ilə İranla sərhədini möhkəmləndirmək üçün oraya əlavə əsgəri qüvvə göndərir.

Ölkəyə nizamsız şəkildə gələnlərin sayı artır. Belə ki, həftələr və aylar əvvəl qaçan əfqanlar İran ərazisindən uzun bir səfərdən sonra kələ-kötür ərazi ilə Türkiyənin sərhədinə keçir. Associated Press xəbər agentliyinin sərhəd yaxınlığında qarşılaşdığı bir qrup əfqan bildirib ki, onlar Talibanın hücumunu sürətlənirməsi ilə ölkədən qaçan fərari əsgərlərdir.

“Bizə ehtiyac səbəbilə buraya gəldik. Taliban ölkəmizə hücum etdi və indi ölkə onların nəzarətindədir. Ümid edirik ki, Türkiyə hökuməti (bizi qəbul edəcək)” – deyə, Feroz Siddiqi adlı biri Associated Press-ə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Türkiyəyə çatmaq üçün susuzluq və aclığa dözərək dağları aşdıqlarını deyib.

Qrupun Nesar Əhməd adlı bir digər üzvü pullarının və mobil telefonlarının oğrular tərəfində talan edildiyini bildirib.

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan hökuməti müxalifət partiyalarının Əfqanıstandan gələn miqrantların sayının artması ilə bağlı xəbərdarlıq və tənqidlərini rədd edib. Bu həftə Ərdoğan Türkiyənin Əfqanıstandan yeni bir qaçqın dalğası ilə üzləşdiyini etiraf edib və hökumətinin müharibə nəticəsində dağıdılmış ölkədə sabitlik yaratmaq üçün Pakistanla birlikdə çalışacağını deyib.

Türkiyənin müdafiə naziri Hulusi Akar İranla sərhədin qoşunlarla möhkəmləndirildiyini və sərhəd divarının inşasının başa çatdığını bildirib.

Türkiyə əksəriyyəti qonşu ölkədə vətəndaş müharibəsindən qaçan suriyalı qaçqınlar olmaqla, artıq 4 milyon miqranta ev sahibliyi edir. Koronavirus pandemiyası ilə artan yüksək işsizlik səviyyəsi də daxil olmaqla, iqtisadi çətinliklərlə mübarizə aparan ölkədə miqrasiya əleyhinə əhval-ruhiyyə yüksəlməkdədir.

Müxalifət partiyaları hökuməti “sərhədləri nəzarət altına almağa” və yeni miqrasiya dalğasının qarşısını almağa çağırır.

Onlar 2016 -cı ildə Ankaranın Avropa İttifaqı ilə əldə etdiyi razılaşma kimi hər hansı yeni bir miqrasiya müqaviləsinə qarşı da xəbərdarlıq edir. Həmin razılaşmaya əsasən Ankara Avropaya miqrant axınının qarşısını almağa, Avropa İttifaqı isə bunun qarşılığında suriyalı qaçqınlara yardım üçün Türkiyəyə milyardlarla avro verməli idi.

Bunlarla yanaşı ölkənin əsas müxalifət partiyası Ərdoğanın ABŞ prezidenti Co Baydenlə Türkiyənin ABŞ qüvvələri ilə işləyən əfqanları qəbul edəcəyi ilə əlaqədar gizli bir müqavilə bağladığını da iddia edir. ABŞ səfirliyi çərşənbə günü iddiaların “tamamilə əsassız” olduğunu bildirən bəyanat yayıb.

Bazar günü İranla sərhədə yoxlanışa gedən Akar ilin əvvəlindən bəri 62 minə yaxın insanın bu sərhədi keçməsinin qarşısının alındığını bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button