2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Türkiyədə yanğınlar davam edir, BMT həyəcan təbili çalır

Artıq 2 həftədir ki, Türkiyədə meşə yanğınları davam edir.

Son 13 gün ərzində 240-a yaxın yanğının nəzarətə götürüldüyü bildirilir.

Yanğınsöndürənlərin məlumatına görə, hələlik yalnız Muğla, Milas və Köycegiz rayonlarındakı yanğınları tam nəzarətə götürmək mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Reütersin məlumatına görə, avqustun 10-da Egey dənizinin sahilində yerləşən Bodrum kurort zonasında yenidən yanğın peyda olub.

Yanğını nəzarətə götürmək üçün təbii fəlakət zonasına dərhal yanğınsöndürən komandalar və təyyarələr göndərilib.

Hakim dairələrin məlumatına görə, güclü külək və quraqlıq alovla mübarizəni çətinləşdirir, hazırda bölgədə 40 dərəcə isti müşahidə olunur.

Kənd Təsərrüfatı naziri Pakdemirlinin sözlərinə görə, alovla mübarizəyə 15 təyyarə, 64 vertalyot və 5000-dən çox canlı qüvvə cəlb olunub.

Qonşu Yunanıstanda da yüzlərlə yanğn müşahidə olunur.

Türkiyə də Yunanıstana 2 yanğınsöndürən təyyarə göndərmək qərarına gəlib.

Reütersin məlumatına görə, bunu avqustun 10-da Türkiyənin kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

Məlumata görə, hazırda Yunanıstanın müxtəlif yerlərində 500-dən çox yanğın müşahidə olunur.

Onlarla kənd və minlərlə insan evakuasiya olunub.

Avropa ölkələrindən Yunanıstana alovla mübarizədə ümumilikdə 1000-dək canlı qüvvə, 9 təyyarə və 200-dək nəqliyyat vasitəsi göndərilib.

Yunanıstan hələ avqustun 9-da bəyan eləmişdi ki, Türkiyədən 2, Rusiyadansa 1 yağınsöndürən təyyarə gözləyirlər.

BMT xəbərdarlıq edir

BMT bu arada dünyanın, qlobala istiləşmə təhlükəsi ilə üzləşdiyini xəbərdarlıq edib.

Təşklat buna görə birbaşa insanların özlərini günahlandırır və bildirir ki, dünyada istixana-dəm qazlarının səviyyəsi o qədər artıb ki, bu onilliklər ərzində iqlim pozuntusuna səbəb olacaq.

Məlumatda deyilir ki, artıq qeydə alınan 1.1 dərəcə istiləşmə Türkiyə, Yunanıstan və ABŞ-ın qərbindəki meşə yanğınları da daxil olmaqla fəlakətli hava şəraiti üçün zəmn yaradıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button