2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyədə yenə də zəlzələ olub

Fevralın 20-də Türkiyənin cənubunda, Suriya ilə həmsərhəd bölgədə 6.4 və 5.8 bal gücündə iki yeni zəlzələ olub.

Saytların yığılması Saytlarin yigilmasi

Üç nəfərin öldüyü, 213 nəfərin xəsarət aldığı xəbər verilir.

Zəlzələnin episentri Türkiyənin Hatay vilayətinin mərkəzi şəhəri Antakyanın ətraflarında olub.

Zəlzələ nəticəsində Hatay vilayətində elektrik kəsilib, bir neçə bina uçub.

Türkiyənin hakimiyyət orqanları dağıntıya məruz qalmış dənizkənarı regionların əhalisini sahil xəttindən aralı durmağa çağırıb. Su səviyyəsinin 50 santimetrədək qalxması mümkündür.

Zəlzələ təkanları habelə Suriya, Misir, Livan və İordaniya ərazilərində hiss olunub.

Əl-Cəzirə xəbər verir ki, Suriyanın Hələb şəhərində bir neçə bina uçub və dağıntıların altında insanların qaldığı düşünülür.

Bu da xəbər verilir ki, fevralın 20-də axşam saatlarında zərər çəkmiş regionlarda ard zərbələri hiss olunur.

Türkiyə hakimiyyət orqanları indiyədək təxminən 6000 ard zərbəsinin qeydə alındığını bildirirlər.

Seysmoloqlar bu zərbələrin hələ nə qədər davam edəcəyini proqnozlaşdıra bilmirlər.

BBC xəbər verir ki, 6 fevral zəlzələsi zamanı ayaqda qalan bir neçə bina dağılıb.

Yollardakı çatların böyüdüyü və xilasedicilərin işinin çətinləşdiyi xəbər verilir.

Hatay vilayətinin başçısı bildirib ki, zəlzələ dağıntılarının altında qalanlar var.

Fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində 7.8 ballıq zəlzələ baş vermişdi.

Həmin zəlzələdə ən azı 45 min nəfərin həlak olduğu məlumdur.

On minlərlə yerli sakinlər evsiz qalıb. Türkiyədə növbəti üç ay ərzində fövqəladə vəziyyət elan edilib.

24 saat” “
Türkiyədə yenə də zəlzələ olub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button