Dünya
Türkiyədən Yunanıstana sərt Ukraynaya cavabı
“24 saat” xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın “Ukraynadakı vəziyyətdən Türkiyə faydalanır” açıqlamasına sərt cavab verib.
Çavuşoğlu paylaşımında “Bütün dünyanın diqqəti Ukraynada baş verən faciəyə yönəldiyi halda, Nikos Dendias öz şəxsi mənfəətinə fokuslanıb: hər şəraitdə Türkiyəni ləkələmək. Bu qədər səy və sədaqətlə belə bir cəfəngiyyata bağlanmaq çox kədərlidir!” ifadələrdən istifadə edib.