Bizim tərcümə

Ukrayna: “Müharibədə 10-13 min əsgərimiz həlak olub”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-02 18:48:26

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak fevralın 24-də Rusiyanın Ukraynaya hücumlarından sonra həyatını itirən ukraynalı əsgərlərin sayını açıqlayıb. Yerli televiziya kanalına danışan Podolyak, “Baş Qərargah və Ali Baş Komandan Zelenkski tərəfindən edilən rəsmi hesablamalar var. Bu təxminlər 10 mindən 12 min 500-13 minə qədərdir”. Yaralıların daha çox olduğunu bildirən Podolyak həyatını itirən əsgərlərin sayını açıqlamaqdan çəkinmədiklərini bildirib. Podolyak işğaldan bu yana 100 min rus əsgərinin həlak olduğunu bildirərək, 100-150 min əsgərin yaralandığını, itkin düşdüyünü və ya döyüşə bilməyəcəyini iddia edib.

Digər tərəfdən, Avropa Komissiyasının sədri Ursula Von der Leyen çərşənbə günü Ukraynadakı müharibənin ölüm, dağıntı və təsvirolunmaz ağrılar gətirdiyini söyləyərək, 20 mindən çox Ukrayna vətəndaşının və 100 min Ukrayna əsgərinin həlak olduğunu bildirib. Lakin Avropa Komissiyasının daha sonra verdiyi başqa bir açıqlamada rəqəmin səhv olduğu və sözügedən məlumatın ölən və yaralananların sayının cəmi olduğu bildirilmiş və Von der Leyenin açıqlaması nəşrdən çıxarılmışdır.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Baş Qərargah rəisi general Mark Milley noyabr ayında verdiyi açıqlamada, müharibədə təxminən 100 min rus və 100 min Ukrayna əsgərinin öldüyünü və ya yaralandığını təxmin etdiklərini söylədi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button