2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Ukrayna Rusiyanı Çernobıldan çıxmağa çağırır

Martın 29-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi hökumət rəsmiləri ilə danışıqlardan ötrü Ukraynaya səfər edib

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk işlək vəziyyətdə olmayan Çernobıl AES-i tutmuş Rusiya qüvvələrini ərazidən çıxmağa çağırıb. Bundan öncə Ukrayna silahlı qüvvələri stansiyada sursatın partlama təhlükəsi haqda xəbərdarlıq edib.

Xüsusi BMT missiyası yaratmaq tələb olunur

“BMT-nin Təhlükəsizlik Şurasından Çernobılda qorunan zonanın demilitarizasiyası ilə bağlı təcili tədbirlər görməyi, nüvə fəlakətinin təkrarlanması riskinin aradan qaldırılması üçün xüsusi BMT missiyası yaratmağı tələb edirik”, – Vereşçuk martın 30-da Telegram sosial media platformasında paylaşdığı videoda deyir.

Vereşçukun sözlərinə görə, Ukrayna martın 29-da İstanbul danışıqlarda Rusiyadan xahiş edib ki, ölkənin ən çox zərbə görmüş şəhərləri, kəndlərindən 97 humanitar dəhlizin açılmasına imkan versin.

Rusiya qüvvələri fevralın 24-də Çernobılı ələ keçirsələr də, obyekti ukraynalılar idarə edir.

“Təcili texniki yardım””

Martın 29-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi hökumət rəsmiləri ilə danışıqlardan ötrü Ukraynaya səfər edib. Danışıqlarda Rusiyanın davam edən işğalı fonunda Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinin təminatı üçün “təcili texniki yardım”ın göstərilməsi müzakirə edilir.

“Əlavə vaxt itirə bilmərik. Bu münaqişə təsəvvürəgəlməz insan əziyyəti və dağıntılara səbəb olur. Bunun həm də nüvə qəzasına səbəb olmaması üçün BAEA-nın təcrübə və qabiliyyətinə ehtiyac var”, – Qrossi bəyanatında deyib.

Onun Ukraynada nə qədər qalacağı açıqlanmayıb.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb. Prezident Vladimir Putin məqsədin Ukraynanın “demilitarizasiya” və “denasifikasiyası” olduğunu bildirib.

24 saat” “
Ukrayna Rusiyanı Çernobıldan çıxmağa çağırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button