2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılmasını istəyir

Ukrayna dekabrın 26-da BMT-yə üzv ölkələri Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü olmasının legitimliyi məsələsinə baxılmasına çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, beynəlxalq hüquq baxımından BMT üzvü olan dövlət kimi Rusiyanın statusu 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra tənzimlənməyib:

“Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsünə BMT Nizamnaməsində nəzərdə tutulmuş prosedurlardan yan keçərək sahiblənib. Bu, ovaxtkı prezident Boris Yeltsinin BMT baş katibinin adına sadə bir məktubu əsasında edilib”.

Ukrayna XİN bildirir ki, BMT Nizamnaməsinin Təhlükəsizlik Şurasının üzvlərinə dair bəndində sadalanmış ölkələr arasında Rusiyanın adı yoxdur.

Ukrayna və Belarus BMT-nin əsasını qoyublar

Kiyev vurğulayır ki, hər hansı bir ölkənin BMT üzvlüyünə qəbul edilməsinə dair qərar Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən həyata keçirilir, amma Rusiya barəsində belə bir prosedur keçirilməyib və onun istər BMT, istərsə də Təhlükəsizlik Şurasında SSRİ-nin varisi olması başqa təşkilatların sükutu əsasında baş verib.

Ukrayna XİN həm də bunu bildirir ki, BMT Nizamnaməsinə görə yalnız sülhsevər ölkələr bu təşkilatın üzvü ola bilər, amma Rusiya Ukraynaya və başqa ölkələrə qarşı silahlı təcavüz həyata keçirir.

Ukrayna XİN-in bu müraciətinə Rusiya və ya hər hansı başqa ölkə hələki reaksiya verməyib.

Lakin bundan əvvəl ABŞ da daxil Qərb ölkələri bildiriblər ki, Rusiyanın Təhlükəsizlik Şurasındakı mandatdan məhrum edilməsinin hüquqi mexanizmi yoxdur.

Ukrayna və Belarus 1945-ci ildə iki sovet respublikası kimi BMT-nin əsasını qoyan ölkələrdən olublar.

SSRİ-nin digər respublikaları müstəqillik əldə etdikdən sonra BMT-yə adi prosedurlar əsasında qəbul olunublar, amma Rusiya avtomatik olaraq SSRİ-nin yerini tutub.

Bu da qeyd olunmalıdır ki, buna habelə 1991-ci ilin dekabrında MDB-yə üzv olan ölkələr razılıq veriblər.

Yeltsinin məktubu

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin BMT baş katibinə yazdığı 24 dekabr 1991-ci il tarixli məktubunda deyilirdi:

“Sovet Sosialist Respublikaları İttifaqının Təhlükəsizlik Şurası da daxil BMT-dəki və BMT-nin başqa təşkilatlarındakı fəaliyyətini Müstəqil Dövlətlər Birliyi təşkilatının razılığı ilə Rusiya Federasiyası davam etdirir. Bu səbəbdən xahiş edirəm ki, Sovet Sosialist Respublikaları İttifaqı adı əvəzinə Rusiya Federasiyası adından istifadə edilsin”.

O vaxt bu məktuba BMT-dən heç bir etiraz bildirilməmişdi, amma Rusiyanın səlahiyyəti məsələsi səsə də qoyulmamışdı.

Veto hüququ

Ukrayna XİN-in bəyanatı barədə məlumat verən xarici işlrə naziri Dmitro Kuleba dekabrın 25-də deyib:

“Biz sabah (dekabrın 26-da – red) öz mövqeyimizi rəsmən bildirəcəyik. Bizim çox sadə bir sualımız var: Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qalmaq haqqı varmı? Bizim inamlı və əsaslandırılmış cavabımız “xeyr”dir”.

24 saat” “
Ukrayna Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılmasını istəyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button