2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vəkillər Kollegiyası Elçin Sadıqovun həbsini peşə fəaliyyəti ilə əlaqələndirmir

Yayımlandı: 14 Sentyabr 2022 21:29

Qurumun Rəyasət Heyəti bəyanat yayıb

Vəkillər Kollegiyası vəkil Elçin Sadıqovun həbsini onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı olmadığını hesab edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti sentyabrın 14-də yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, Vəkillər Kollegiyası tam müstəqil təsisatdır və onun fəaliyyətinə bu və ya digər qaydada müdaxilə yolverilməzdir:

“Bu məsələ ilə əlaqədar siyasiləşmiş, vəkilliyin ümumi maraqlarına cavab verməyən, başqa maraqlara qulluq edən şəxslərin manipulə edilməsini, vəkilliyin qanuni mənafeyinə zidd kampaniyaların təşkilini qətiyyətlə pisləyirik. Belə manipulyasiyalar müstəqil vəkillik institutuna zərər vurur”.

Vəkillər Kollegiyası vəkilləri diqqətli olmağa, bu və ya digər dəqiq olmayan məlumatları bəyan və ya dərc etməməyə, cəmiyyətdə vəkilliklə bağlı yanlış təsəvvür yaratmamağa dəvət edib.

Foto: Vəkillər Kollegiyası

Eyni zamanda, VK-nin Rəyasət Heyəti vəkilin həbsi ilə bağlı məsələnin diqqət mərkəzində olduğunu vurğulayıb:

“Vəkilin həbsi ilə bağlı bilavasitə Rəyasət Heyətinin Aparatına müraciət olunmasını xahiş edirik”.

Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb.

Onların evlərində və ofislərində axtarış aparılıb.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur.

Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar “Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunur.

Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi.

Elçin Sadıqov və Əvəz Zeynallı özünü təqsirli bilmir, ittihamın cəfəngiyyat olduğunu deyirlər.

Elçin Sadıqov saxlanılmasını siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsilə əlaqələndirir və iddia edir ki, məhz buna görə cəzalandırılır.

Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır.

O hesab edir ki, ona qarşı aparılan bu kampaniya qara piardır və azad sözə hücumdur.

Əvəz Zeynallı da tənqidi çıxışlarına görə cəzalandırıldığını bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button