2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Vitse-prezident olmaq istəyirəm”

 

Hafiz Hacıyev: “Belə bir şey olsa, bundan xalq udacaq”

 

Saytların yığılması Saytlarin yigilmasi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 24saat.org-a açıqlamasında vitse-prezident postuna iddiasını ortaya qoyub. H.Hacıyevin sözlərinə görə, vitse-prezident postlarından birinin ona etibar edilməsindən Azərbaycan xalqı daha çox qazanacaq:

“Vitse-prezidentlik postuna təyinat almaq mənim də arzumdur. Bildiyiniz kimi, bu, cənab prezidentin səlahiyyətində olan bir məsələdir. Mən də istərdim ki, vətənimizin inkişafında, torpaqlarımızın azad edilməsində və s. mənim də xidmətim olsun. Mənim də sözüm, söhbətim var. Lakin bu, məndən asılı bir məsələ deyil. Əgər media nümayəndələri mənim vitse-prezident olmağını arzulayırsa, bunun özü də mənim üçün xoşdur. Istərdim ki, ölkədə ən ağır sahə olan yeyinti sahəsi, kənd təsərrüfatı vitse-prezidentlərdən birinə həvalə olunsun. Yəni mən bu sahədə ciddi irəliləyişə nail olacağıma inanıram. Mən üç dəfə prezidentliyə namizədliyimi vermişəm. Prezidentə mənim qədər  ikinci sadiq bir insanın olması da mənim üçün inandırıcı deyil.

Mən vitse-prezident olsam, bundan Azərbaycan xalqı çox şey udacaq”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button