2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimi

Vüsal Novruzov DGK sədrinə qarşı – FAKTLAR DANIŞIR

Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin postunda gözü olması haqda çox yazılıb. Bununla bağlı gömrük sisteminin yuxarı eşolonunda çoxdandır ki, xəbərdardırlar, mövzu mediada dəfələrlə işıqlandırılıb. Amma hər dəfə Vüsal Novruzov həmin iddiaların həqiqəti əks etdirmədiyini deməklə kifayətlənib. Amma indi elə bir olay baş verib ki, Vüsal Novruzovun işin içindən necə çıxacağı maraq doğurur.

Savash.org bildirir ki, artıq Vüsal Novruzov əvvəlki kimi iddiasını gizlətməyə lüzum görmür. Əksinə, Aydın Əliyev üzərinə açıq hücuma keçməklə onun kabinetinə gedən yolu qısaldacağını düşünür. Fakt isə ondan ibarətdir ki, Vüsal Novruzov artıq özünə yaxın media quruluşlarında hazırkı DGK sədrini açıq və primitiv şəkildə hədəfə götürüb.

Vüsal Novruzovun bu qəbildən olan sonuncu cəhdi isə Aztoday.az saytı vasitəsilə reallaşıb. Savash.org xatırlatmağa ehtiyac duyur ki, adıçəkilən sayt bir müddət öncə Vüsal Novruzov haqqında bu günə qədər mediada dərc olunmuş bütün yazıları “optovoy” təkzib etməsilə yadda qalıb və ardıcıl olaraq Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov haqda tərif yazıları verməklə öz borcundan çıxmağa çalışıb. Adıçəkilən saytda dərc olunan sonuncu yazı isə bir sıra məqamları ilə diqqəti özünə cəlb edir. Belə ki, yazı bütövlükdə DGK sistemindəki neqativlər üzərində qurulsa da sonda Vüsal Novruzov “gənc və perspektivli” kadr kimi göylərə qaldırılıb. Yazıdan bəzi seçmələrə göz atmaq bu baxımdan maraqlı olar:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanın gömrük sistemində korrupsiya və rüşvətin geniş yayılması haqqında çox yazılıb. Xüsusən xaricdən idxal edilən məhsulları ölkəyə keçirmək üçün sahibkarlar qazanclarının bəzən 70-80 faizini əvvəlcədən gömrükdə rüşvət olaraq verməli olurlar. Sahibkarlar üçün ixrac olunan malları da sərhəddən rüşvətsiz keçirmək mümkün deyil. Bəlkə də buna görədir ki, neft və neft məhsulları istisna olmaqla, ölkədən xaricə ixrac olunan malların həcmi ildən-ilə azalır”.

Həmin yazıdan digər çıxarış: “…Ölkədə iqtisadi vəziyyətin günbəgün pisləşdiyi bir dövrdə Gömrük Komitəsinin sədri Aydın Əliyev və komandasının fəaliyyəti ilə bağlı heç bir tədbir görülməyib. Başqa tərəfdən isə Dövlət Gömrük Komitəsinin hazırkı rəhbərliyində elə şəxslər var, orta məktəb səviyyəsində savadı yoxdur. Müsahibə və kolleqiyadakı çıxışlarını vərəqdən belə çətinliklə oxuyan belə kadrlarla komitənin idarəedilməsi ancaq və ancaq təəssüf doğurur. Qeyd edək ki, mətbuat dəfələrlə Gömrük Komitəsinin rəhbər heyətinin dəyişdirilməsinin zəruri olmasını vurğulayıb, cavan və savadlı kadrların irəli çəkilməsinin vacib olduğunu bildirib. Bununla belə Gömrük Komitəsinin rəhbər heyətində heç bir dəyişiklik edilmir. Aydın Əliyev və müavinləri hələ də iş başındadır”.

İndi isə yazının “gül yerinə” nəzər salaq: “Sevindirici haldır ki, Gömrük Komitəsində işini layiqincə yerinə yetirən kadrlar da az deyil. Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov bu baxımdan diqqət çəkir. İş adamları ilə münasibətlərindən tutmuş media əməkdaşlarına qədər hamı general Vüsal Novruzovdan razılıq edir. Təsadüfi deyil ki, üzün müddət Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edən Vüsal Novruzovun xidmətləri dövlət başçısı səviyyəsində yüksək qiymətləndirilib. Yüksək səviyyədə təhsil alan Vüsal Novruzovun rəhbərlik etdiyi Bakı Baş Gömrük İdarəsinin fəaliyyəti gömrük orqanlarına həmişə nümünə kimi göstərilir.
Vüsal Novruzovun gömrük sistemində peşəkar kadr olmasını sübut etməyə oxucularımıza sübut etməyə ehtiyyac yoxdur”.

Savash.org olaraq əlavə şərhə ehtiyac duymur və Vüsal Novruzovun DGK sədri əleyhinə reallaşdırdığı “qara piar” kampaniyası haqda əlavə məlumat verəcəyimizi bəyan etməklə yazıya nöqtə qoyuruq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button