2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədliyi azad etməyib

Martın 28-də Bakının Xətai Rayon Məhkəməsi “Toplum” TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. 

Vəkil Aqil Layıcın Turan-a verdiyi məlumata görə, vəsatət Məmmədlinin səhhətinin pisləşməsi ilə əlaqədar verilib.

“Onun qalxanabənzər vəzindəki şişin həcmi artıb, boğulmalar baş verir. Elə məhkəmə iclasında onun qan təzyiqi 160-a qalxıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Məmmədli özü məhkəmədən onun müalicəsi üçün şərait yaratmağı xahiş edib”, deyə vəkil bildirib.

Buna baxmayaraq, məhkəmə vəsatəti təmin etməyib. 

Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

* Martın 8-də, Ələsgər Məmmədli saxlanıldığı gün “İstanbul Hospital”ın həkimləri onun qalxanabənzər vəzində 22 mm ölçüsündə şiş aşkar ediblər. Klinikada aşkar edilmiş şişlərin biopsiyası tövsiyə olunub. Lakin istintaq təcridxanası şəraitində bu təhlili aparmaq mümkün deyil, belə ki, Penitensiar Xidmətin xəstəxanasında zəruri avadanlıq yoxdur.

Həbs olunduğu gün Məmmədlinin mənzilində axtarış aparılıb və polis 7300 avro aşkar edildiyini bildirib. Məmmədli bu pulun ona məxsus olduğunu inkar edir. 

Martın 9-da Bakının Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlini dörd ay müddətinə həbs edib, martın 15-də Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Məmmədli qanunsuz yolla Azərbaycana xarici valyuta gətirməkdə ittiham olunur.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button