Loading...
Loading...
Dünya

Xerson və Luhanskın Rusiyaya birləşdirilməsi yenidən gündəmə gəlir

Ukraynanın Xerson vilayətindəki işğal administrasiyası regionun Rusiyaya birləşdirilməsi üçün referendum keçirmək barədə qərar qəbul edib

Ukraynanın Xerson vilayətindəki işğal administrasiyası regionun Rusiyaya birləşdirilməsi üçün referendum keçirmək barədə qərar qəbul edib.

Bu barədə bəyanatı Rusiya tərəfindən təyin edilmiş administrasiyanın başçısı Vladimir Saldo sentyabrın 20-də verib. Lakin o referendumun keçiriləcəyi dəqiq tarixi deməyib.

Eyni gündə separatçı Luhanskın “parlamenti” belə bir referendumun Luhansk vilayətinin işğal olunmuş hissəsində keçirilməsi haqqında “qanuna” səs verib.

Bu qanun artıq imzalanıb və referendumun sentyabrın 23-dən 27-dək keçiriləcəyini elan olunub.

Bundan əvvəl təcili qaydada referendum keçirilməsi tələbi ilə Saldoya işğal olunmuş Xerson vilayətinin Rusiyanın iştirakilə regionun Rusiyaya birləşdirilmısi məqsədilə referendumun keçirilməsi üçün yaradılmış ictimai şurası müraciət etmişdi.

Sənəddə deyilir ki, “müraciət Xerson vilayətindəki ictmai təşkilatların və sakinlərin istəyi ilə hazırlanıb”.

Şura üzvləri əmindirlər ki, “təşəbbüs Xerson vilayətinin sakinləri tərəfindən tam dəstəklənəcək”.

Onlar hesab edirlkər ki, Xersonun Rusiyaya birləşdirilməsi regionun təhlükəsizliyini təmin edə bilər.

Əhalinin yarısı ilə referendum?

Eləcə də xəbər verilir ki, Rusiyanın nəzarətində olan Melitopol şəhərində Ukraynanın Zaporojye vilayəti sakinlərinin Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilməsi məqsədilə qurultayı təşkil olunub.

Vilayətin mərkəzi şəhəri – Zaporojye Ukraynanın nəzarəti altındadır. Müharibəyə qədər bu şəhərdə vilayət əhalisinin az qala yarısı yaşayırdı.

Sentyabrın 19-da Rusiyanın tərkibinə daxil olmaq üçün təcili referendumun keçirilməsi tələbi ilə qondarma DXR və LXR-in “ictimai palataları” müraciət etmişdilər.

Onlar da belə bir referendumun regionun təhlükəsizliyini təmin edəcəyini bildirirlər.

Rusiya ilhaqa hazırdır

Rusiya Ukraynanın ərazisinə fevralın 24-də müdaxilə edib. Mart ayında Rusiya ordusu Xerson vilayətini işğal edib.

Donetsk, Luhansk və Zaporojyedə keçirilməsi planlaşdırılan referendumların vaxtı dəfələrlə təxirə salınıb. Sonuncu tarix kimi 4 noyabr tarixi elan edilmişdi.

Ukrayna avqustun sonlarında Xerson vilayətində əks-hücuma keçib.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin sentaybrın 20-də deyib ki, əgər Donetsk və Luhansk vilayətlərində keçiriləcək referendumlarda müvafiq nəticə alınsa Rusiya parlamenti bu vilayətlərin ilhaqı haqqında qanun qəbul edəcək.

Ukrayna regionlarının başqa dövlətlərin ərazisinə birləşdirilməsi Ukrayna qanunvericiliyi ilə qadağandır.

Kiyev dəfələrlə bildirib ki, Rusiyanın Ukrayna ərazisində keçirdiyi referendumların nəticələrini tanımayacaq.

24 saat” “
Xerson və Luhanskın Rusiyaya birləşdirilməsi yenidən gündəmə gəlir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Kiyev geri alınmış ərazilərdə sabitləşdirmə işləri aparır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button