2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yeni tikilən beşmərtəbəli dayanacaq narazılığa səbəb olub

Yayımlandı: 16 Yanvar 2023 13:32

Dayanacaq binanın blokuna girişi əngəlləyir

“Binanın giriş hissəsini bağlayaraq, beşmərtəbəli qaraj tikilir. Ötən ilin oktyabrından müraciət etmədiyimiz qurum qalmayıb. Artıq, tikinti üçün qazıntı işlərinə başlanılıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan.TV-yə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yerləşən doqquzmərtəbəli binanın sakinləri bildiriblər. Onların sözlərinə görə, bir neçə dəfə keçirilən etiraz aksiyasından sonra tikinti dayandırılsa da, sonradan inşa işləri davam etdirilir.

“Beşmərtəbəli dayanacağı “Az Pera MMC” tikir.  Son 10 ildə ərazidə onlarla çoxmərtəbəli bina tikilib, sıxlıqdan nəfəs almaq, həyətlərdə addım atmaq çətindir. Sakinlər avtomobillərini həmin boş ərazidə saxlayırdılar. İndi belə çıxır ki, dayanacaq üçün ödəniş etməliyik”, – tikinti aparılacaq ərazinin yaxınlığındakı binada yaşayan Orxan Kərimov bildirib.

Şikayətçi deyir ki, dayanacaq tikintisindən əvvəl 50 ildən çox yaşı olan qovaq ağacı da kəsilib. Şirkət demək olar ki, bütün idarələrdən razılıq sənədi alıb. Baxmayaraq ki, binanın birinci blokuna girişi tamamilə tutur. Məsələn, qəza baş verərkən yanğınsöndürən maşının əraziyə daxil olması mümkün olmayacaq:

“Həmin blokda yaşayan sakinlərdən birini təcili xəstəxanaya çatdırmaq lazım olsa, əraziyə təcili yardım maşını girə bilməyəcək. Tikintiyə icazə verən qurumlar isə bunu görə-görə icazə sənədi verib”.

İkibloklu, 100-dən çox mənzilin yerləşdiyi bina 1975-ci ildə Şin Zavodunun əməkdaşları üçün istifadəyə verilib. Dayanacağın tikildiyi ərazi həmin binaya məxsusdur. Tikiləcək dayanacaq ilə bina arasında məsafə yarım metrdən azdır.

Dövlət Satınalma və Arxitektura Komitəsindən bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılması barəsində sərəncamı mövcuddur. Ötən ilin iyununda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin ərazidə yerüstü avtomobil dayanacağı binasının tikintisinə elektron formada icazə verilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button