Bizim tərcüməDünya

Yunanıstan o sözlərin təsirindən çıxa bilmədi! Ərdoğanın çıxışı bütün ölkəni sarsıtdı: “Xüsusən də paytaxt Afina…”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Prezident Ərdoğanın sözləri Yunanıstanda panika mühiti yaradıb. Yunan mətbuatı Ərdoğanın “Tayfun” raketindən bəhs etdiyi cümləsində işlətdiyi “Sakit qalmasan, təbii ki, vuracaq” ifadələri üzərində dayanıb. Ərdoğanın ritorikası ölkədə ən çox danışılan gündəm mövzularından birinə çevrilərkən, mətbuatda yer alan xəbərlərdə istifadə olunan qalmaqallı ifadələr diqqət çəkib.

Saytların yığılması Saytlarin yigilmasi

Ərdoğan dünən axşam Samsunda gənclərlə görüşdüyü proqramda müdafiə sənayesindən danışarkən “Tayfun” raketindən danışıb. Bu arada Ərdoğan aşağıdakı ifadələrdən istifadə edib:

“F-16-lar üçün sursat istehsal edirik. İHA və SİHA-lar üçün sursat istehsal edirik. Bu istehsal yunanları qorxudur. “Tayfun raketi Afinanı vuracaq. Təbii ki, dayanmasanız, vuracaq”.

Və Ərdoğanın sözləri yunan mətbuatının gündəmində öz izini qoyub. Ərdoğanın sözlərini hədəf alan qəzetlər “təhdid” vurğusu ilə qalmaqallı başlıqlardan istifadə ediblər.

“To Vima” qəzetinin “Ərdoğan nəzarətdən çıxdı” başlıqlı xəbərində prezident Ərdoğanın təkcə Yunanıstanı deyil, ABŞ-ı da hədəf aldığı iddia edilib.

Fjt3JYwXkAIwpf9

Ərdoğanın “Türkiyə Yunanıstanın adaları ABŞ silahları ilə təchiz etməsinə icazə verməyəcəyini” bəyan etdiyi də vurğulanıb.

Tez-tez Türkiyə əleyhinə açıqlamaları ilə tanınan “Ta Nea” qəzeti Ərdoğanın sözlərini “təxribatçı ritorika” kimi qiymətləndirərək, bu açıqlamalara yer verib: “Türkiyə prezidenti Ege adalarının silahsızlaşdırılması məsələsini gündəmə gətirərkən, yenə də dilə gətirdi. “Tayfun” təhlükəsi”.

“Ərdoğan Yunanıstanı, xüsusilə də paytaxt Afinaya zərbə endirməklə hədələdi” deyən “Kathimerini” qəzeti xəbəri “Ərdoğan Yunanıstanı raket hücumu ilə hədələdi” başlığı ilə oxucularına təqdim edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button