2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saatManşetSEÇMƏ

Zakir Fərəcov daha bir nazirə meydan oxudu

”Başçı yeni nazir Ramin Quluzadənin yerli şöbəsinə qıfıl vurdu”

 Martın 3-də Sumqayıt şəhər rəhbərliyi Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinin ofisinə qıfıl vurulub. Şəhər İH-nin rəsmiləri səhərçağı gələn işçiləri binaya buraxmayıblar və onlara deyiblər ki, idarəni boşaldın, özünüz də Şahmat Klubuna yığışın. Məlumatı Meydan TV-yə Xidmətin əməkdaşları verib:

“Zakir Fərəcov yeni nazir Ramin Quluzadənin yerli şöbəsinə qıfıl vurdu. Heç təhvil-təslim proseduru keçirməyə imkan verməyiblər”.

Meydan TV əməkdaşı ofisə baş çəkib və qapının qıfıllandığını görüb.

Şöbə əməkdaşları bu prosedurun təhvil-təslim qaydasında həyata keçirildiyini, o cümlədən Şahmat Klubunu Təhsil Nazirliyinin balansında olduğunu deyib, vaxt istəsələr də, İH rəsmiləri əmrin icra başçı Zakir Fərəcovdan gəldiyini deyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV  Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmovla əlaqə saxlayıb. Ə.Rüstəmov bu barədə sualı dinləyəndən sonra telefonu qapayıb. Bundan sonra Meydan TV İH-nin müavini Sahib Quliyevlə əlaqə saxlayıb. O bildirib ki, bazar günü olduğundan suallara cavab verməyəcək:

“Bazar ertəsi icra hakimiyyətinə müraciət edərsiniz, o zaman cavab verərlər”.

Fevralın 13-də prezident İlham Əliyevin sərəncamıyla Nəqliyyat Nazirliyi ləğv olunaraq Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Elə həmin gün Ramin Quluzadə nəqliyyat, rabitə, yüksək texnologiyalar naziri təyin olunub.

Ramin Quluzadə 2005-2015-cillərdə Heydər Əliyev Fondunda çalışıb. 2016-2017-ci illərdə Rabitə və Yüksək Texnologiyalar naziri olub.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button