2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zakir Qaralovdan YENİ TƏYİNAT

Prokurorluq orqanlarında yeni təyinat olub.
Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovunun müvafiq əmrlə Bakı şəhər prokuroru təyin olunub.
Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru olmuş Əziz Seyidov aprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib. (apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button