2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zaporojye AES-də bircə reaktor işləyir

Kirilo Timoşenko Ukrayna bayrağını dirəyə asan üç əsgərin fotosunun altında “Vısokopilya. Xerson vilayəti. Ukrayna. Bu gün” yazıb

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının (AES) operatoru Energoatom deyib ki, stansiyada altı reaktordan yalnız biri işləyir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) iki nəzarətçi müfəttişinin ərazidə yerləşdirilməsinə baxmayaraq, Rusiya tərəfindən işğal olunmuş stansiyayla bağlı qorxu və narahatlıq hələ də qalmaqdadır.

Rusiya Ukraynanı zavodu güc yolu ilə geri almaq cəhdində ittiham edir, Kiyev iddiaları rədd edir.

Həftəsonu Ukrayna Prezidenti Volodimir Zelenski qış ayları yaxınlaşdıqca Rusiyanın həlledici enerji zərbəsi hazırlamasıyla bağlı xəbərdarlıq səsləndirib. Almaniya kansleri Olaf Şolts isə “Rusiya artıq etibarlı enerji tərəfdaşı deyil” deyə açıqlama verib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, Aİ ölkələrinin energetika nazirləri sentyabrın 9-da görüşməlidir. Onlar qazın qiymətinə məhdudiyyətləri və enerji bazarı iştirakçıları üçün təcili kredit xətləri də daxil olmaqla, artan enerji qiymətlərini cilovlamaq variantlarını müzakirə edəcəklər.

Sentyabrın 4-də Prezident Zelenskinin əsas köməkçisi Facebook-da Ukrayna əsgərlərinin Xerson yaxınlığındakı bir kənd üzərində dövlət bayrağı ucaldan yerdə fotosunu paylaşıb, kəndin Rusiya işğalçı qüvvələrinin əlindən alındığını iddia edib.

24 saat” “
Zaporojye AES-də bircə reaktor işləyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button