2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zelenski Ukraynanın qalib gələcəyini deyir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin işğalçı Rusiya qüvvələrini məğlub edəcəyinə əminliyini bildirib. BMT isə “davamlı” sülhə çağıran qətnamə qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 23-də – Rusiya işğalının birinci ildönümündə çıxış edən Zelenski savaşmağı davam etdirəcəklərini deyib. Ukrayna “bir çox sınaqlardan çıxıb və qalib gələcəyik” deyən Zelenski əlavə edib ki, Ukrayna “bu şəri, bu müharibəni torpağımıza gətirənləri məsuliyyətə cəlb edəcək”.

Bu çıxışdan az sonra isə BMT Baş Assambleyası hərtərəfli, ədalətli və davamlı sülh tələb edib, Rusiyanı döyüşləri dayandırmağa və qüvvələrini Ukraynadan çıxarmağa çalışan qətnamə qəbul edib.

141 ölkə qətnamənin lehinə, Rusiya və altı ölkə əleyhinə səs verib. Çin və daha 31 ölkə bitərəf qalıb. Azərbaycan səsvermədə iştirak etməyib.

Müharibənin birinci ildönümü ərəfəsində G7 (Böyük Yeddilik) nazirləri Rusiyaya yeni sanksiyaları müzakirə edib. Ağ ev Birləşmiş Ştatların fevralın 24-də yeni sanksiyalar açıqlayacağını bəyan edib.

Ukrayna Hava Qüvvələrinin sözçüsü Yuri İhnat deyib ki, müharibənin ildönümündə Rusiyanın mümkün provokasiyaları səbəbindən yüksək hazırlıq səviyyəsinə gətirilib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov isə qeyd edib ki, ölkəsi daim hazırlıqlı olmalıdır, ancaq hazırda Rusiyanın bir il öncəki miqyasda hərəkətə keçəcəyinin heç bir əlaməti yoxdur.

Fevralın 23-də Ukrayna qüvvələri Rusiyanın şərqi Donetsk və Luhansk vilayətlərində onlarla hücumlarının dəf olunduğunu bildiriblər.

24 saat” “
Zelenski Ukraynanın qalib gələcəyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button