2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zelenski Xersona gedib

Yayımlandı: 14 Noyabr 2022 13:50

Ukrayna Prezidenti: “Rusiya Xersonda 400-dən çox hərbi cinayət törədib”

Ukrayna Prezidenti Volodimir Zelenski Xersona səfər edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Reuters” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Ukrayna hökuməti isə dövlət başçısının işğaldan azad edilən şəhərə səfərini rəsmən açıqlamayıb.

Volodimir Zelenski Rusiya ordusunu Xersonun işğalı zamanı 400-dən çox hərbi cinayət törətməkdə ittiham edib.

Bu barədə “Euronews” məlumat yayıb.

“Müstəntiqlər artıq Rusiyanın 400-dən çox hərbi cinayətini sənədləşdirib. Həm mülki vətəndaşların, həm də əsgərlərin cəsədlərini aşkar ediblər. Biz hər qatili tapıb məsuliyyətə cəlb edəcəyik”, – Zelenski belə deyib.

Onun sözlərinə görə, geri çəkilən Rusiya qoşunları əsas infrastrukturu dağıdıb, nəticədə su, dərman və çörək çatışmazlığı ilə şəhərdə çətin humanitar vəziyyət yaranıb.

Mənbə: “Facebook”

O, Xersonun enerji sisteminin mümkün qədər tez bərpa edilməsinə söz verib.

Bildirib ki, digər məsələlər vaxt aparacaq.

Xerson şəhəri 2022-ci il martın 3-dən noyabrın 11-dək Rusiyanın işğalı altında olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button