Loading...
Loading...
ÖLKƏDünya

Zelenski yenə səmanı bağlamağa çağırır

Zelenski Qərb ölkələrini Polşanın təklifini təcili həll etməyə çağırıb

Prezident deyir ki, Ukraynanı qorumaq üçün qeyri-uçuş zonası elan edilməsə, beynVolodimir Zelenskiəlxalq ictimaiyyət kütləvi humanitar fəlakətə görə məsuliyyət daşıyacaq.

Zelenski martın 9-da televiziya ilə gündəlik müraciətində deyib ki, Rusiya 14 gün öncə başlatdığı işğalı sürətləndirib, dünya bunu yalnız izləməklə məşğul olmamalıdır.

Rusiya bizə qarşı, dinc sakinlərə, şəhərlərimizə, infrastrukturumuza qarşı raketlərdən, təyyarələrdən, vertolyotlardan istifadə edir. Buna cavab vermək dünyanın humanitar borcudur”, – Zelenski deyib.

NATO Rusiya ilə müharibənin genişlənə biləcəyini əsas gətirərək səmanı bağlamaqdan imtina edir.

Polşanın təklifi

Zelenski Qərb ölkələrini Polşanın təklifini təcili həll etməyə çağırıb. Təklif onun ölkəsini Rusiya istehsalı olan MiG-29 qırıcıları ilə təchizatını nəzərdə tutur. Ukrayna pilotları bu təyyarələri sürmək üzrə təlim keçiblər.

Martın 8-də Vaşinqton Polşanın təkıifini rədd edib. Polşa özünün sovet istehsalı MiG-29 qırıcılarını ABŞ-ın Almaniyadakı Ramşteyn hava bazası vasitəsilə Ukraynaya göndərməyi təklif edib. Vaşinqton belə bir addımın münaqişəni dərinləşdirə biləcəyindən ehtiyatlanır.

“Bəs qərar nə vaxt veriləcək? Qulaq asın: bizdə müharibə gedir! Bizim bütün bu siqnallara vaxtımız yoxdur. Bu, pinq-ponq deyil! Söhbət insan həyatından gedir! Bir daha xahiş edirik: bunu tez həll edin! Məsuliyyəti üzərinizdən atmayın, təyyarələri bizə göndərin!” – Zelenski vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov Polşanın təklifilə bağlı deyib ki, bu, “potensial təhlükəli və arzuolunmaz ssenariyə yol açar”.

Rusiya fevralın 24-dən Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya sanksiyalar tətbiq edib.

24 saat” “
Zelenski yenə səmanı bağlamağa çağırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiyada bankların vətəndaşlara nağd valyuta satması yasaqlanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button