2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSosial

Zeynəb Xanlarovanın bacısı oğluna 6 il həbs cəzası tələb olundu

Prokurorun dediklərindən o da məlum olub ki, Nəsirovun bundan öncə də məhkumluğu olub, lakin ödənilib

Saytların yığılması Saytlarin yigilmasi

Bakının Türkan qəsəbəsində ahıl qadınlar sağ olduğu halda, onları ölmüş kimi rəsmiləşdirib, dəniz sahilindəki 25 sot torpaq sahələrini xəbərləri olmadan satmaqda ittiham olunan beş nəfərin məhkəməsi yekunlaşır.

Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev, eləcə də Çingiz SəfərovDaşqın Nəsirovdur.

Təqsirləndirilən 5 nəfərdən ikisi – Babayev və Səfərov həbsdədir.

4 ildən 6 ilə qədər həbs

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Nəsirov əvvəl bu işə görə axtarışda olub, 2020-ci ilin dekabrında həbs edilib. Lakin 4 ay sonra səhhətində problemlər olması əsas gətirilərək, həbsdən buraxılıb.

Fevralın 18-də çıxış edən prokuror 5 nəfərin hamısına 4 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. O, hazırda həbsdə olmayanların, o cümlədən Daşqın Nəsirov, Eldar Mirzəyev və Zəfər Abdulovun məhkəmə zalında həbs olunmasını təklif edib.

Dövlət ittihamçısı Nəsirova 6 il, Mirzəyev və Abdulovun hər birinə 4 il 6 ay, həbsdə olan təqsirləndirilən şəxslərdən daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Səfərova 5 il 6 ay, sabiq icra nümayəndəsi Babayevə isə 4 il həbs cəzası istəyib.

Babayev və Səfərov 2020-ci ilin dekabrından həbsdədir.

190 min manat köçürüb

Prokurorun dediklərindən o da məlum olub ki, Nəsirovun bundan öncə də məhkumluğu olub, lakin ödənilib.

Torpaq sahələrinin satılması nəticəsində zərərçəkmiş Türkan sakinlərinə dəymiş ziyanı ödəmək məqsədilə prokurorluğun depozit hesabına Nəsirov təxminən 190 min manat vəsait köçürüb.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov deyir ki, əgər onlara dəymiş ziyan ödənilsə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmayacaq.

Zərərçəkmişlərdən biri olan 91-yaşlı Xumara Şabanova məhkəmə prosesi gedən dövrdə vəfat edib.

Adları çəkilən 5 nəfərdən əlavə, bu işdə təqsirləndirilən daha iki nəfər də var. Bunlar Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısıyla məşğul olmuş Qərib Nadirovdur. Ağayev axtarışa verilib, Nadirovun işinə isə ayrıca icraatda baxılır.

Xatırlatma

Cinayət işinin materiallarında iddia olunur ki, torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Çingiz Nəsirovun təhriki ilə sabiq icra nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub.

Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən, Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən yalnız Səfərov özünü sənədlərin saxtalaşdırılması ittihamı üzrə qismən təqsirli bilir, qalan ittihamları qəbul etmir. Digərləri isə ittihamların heç biri ilə razılaşmır.

24 saat” “
Zeynəb Xanlarovanın bacısı oğluna 6 il həbs cəzası tələb olundu
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button