2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

“Ziya Məmmədovun qohumu Trampın banketində deyib ki…” – eksklüziv müsahibə

Tanınmış hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Vidadi İsgəndərli 24saat.org-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Vidadi bəy, hüquq müdafiəçisi kimi respublikaçı Trampın prezident aeçilməsini necə qiymətləndirirsiniz?

– Bu seçimi Amerika xalqı özü edib. ABŞ elə bir dövlətdir ki, orada hər hansı bir şəxs prezident seçilməklə dövlətin siyasətini dəyişə bilməz. Yəni nə ediləcəksə qanunu yolla ediləcək. Bir çoxları Trampın hakimiyyətə gəlməsini gözlənilməz hesab edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq Obamada seçiləndə belə oldu. ABŞ dövlətin strukturları təxminən İsveçrə saatları kimi dəqiq və düzgün işləyir. Ola bilər hər hansı bir dəyişiklik olsun. Çünki Amerika xalqı hər zaman müsbət mənada dəyişiklər axtarır

–  Bəllidir ki, nəqliyyat naziri Ziya Məmmədov və oğlu Anar Məmmədov Trampla sıx, isti əlaqələrə malikdir. Siz bilən bu Azərbaycan hakimiyyətin əlavə divident gətirə bilərmi ?

–  Heç kimə sirr deyil ki , Ziya və Anar Məmmədovların Trampla biznes maraqları var. Hətta məndə olan məlumata görə Anar Məmmədov Trampın seçki təbliğatına milyonlarla pul xərcləyib.

Ancaq qeyd etmək istəyirəm ki, bu vəsaitlər dəmir yolunda maşinist köməkşisi işləmiş Ziya Məmmədovun pulu deyil. Bu milyonlar korrupsiya yolu ilə əldə edilmiş xalqın puludur. Ümumiyyətlə, Ziya Məmmədov keçmişdə maşinist köməkçisi olsa da, çox hiyləgər adamdır. Fikir verin, o, təmanasız Çeçenistana və Dağıstana milyardlarla xalqdan oğurlanmış pulları sərmayə qoyub.

Yaxşı yadımdadır, 2013-cü ildə onun həbs edilməsi gündəmdə idi. O vaxt Çeçenistanın prezidenti Kadırov Putinin əli ilə onu xilas etdi. Ziya Məmmədovun əsas məqsədi hakimiyyətə gəlməkdir. Ona görə xalqdan oğurlanmış milyardları bu yolda xərcləyir.

Bunu dövlət başçısı İlham Əliyev də çox gözəl anlayır. Ona görə 2015-ci ildən başlayaraq yavaş-yavaş onun nazir kimi bütün səlahiyyətlərini əlindən alınıb. Məmmədov Anara gələndə isə fikir verin, Tramp prezident seçilən kimi sanki, dili çıxdı.

Öz səviyyəsinə uyğun olaraq Trampın qızı ilə şəkilini paylaşaraq onu təbrik etdi. Ancaq bu kəslər anlamırlar ki, Trampın prezident seçilməsi heç də onların hakimiyyətə gəlməsinə dəlalət edə bilməz.

Məmmədovlar separat danışıqlar hər zaman apara bilərlər. Və buna cəhd edəcəklər. Ziya Məmmədovun qohumu olan, baş prokuror Zakir Qaralovun köməkçisi işləyən Namiq Məmmədov bu yaxında Ucar rayonunda AZPOLT adlanan obyektlərində Trampın seçilməsi ilə əlaqədər banket verib.

Orada deyib ki, yaxın bir zamanda onlar hakimiyyətə gələcək. Özünü də baş prokuror elan edib. Həmin məclisdə Ucar rayon icra başçısı Mənsur Məmmədov da Trampın sağlığına tost deyib. Mən ümumiyyətlə onları qınamıram.

–  Sizdə hardandı belə məlumatlar?

–  Məmmədovların ailəsinin içindən. Məmmədov deyib ki, Trampın seçilməsi onun Azərbaycanda mövqelərinin möhkəmləməsinə xidmət edəcək.

– Azərbaycanda hər hansı bir güc varmı Məmmədovları müdafiə etsin ?

–  İnanın, hiss etsələr ki, Məmmədovlar hakimiyyətə gəlir, hakimiyyətdə olan bütün qüvvələr bir gündə onun tərəfinə keçəcəklər. Ancaq Məmmədovları Rusiyada dövlət səviyyəsində müdafiə edən qüvvələr var.

–  Misal üçün kimlər ?

Abbas Abbasov, Söyün Sadıqov, Kadırov və s.

–  Doğrudanmı Ziya Məmmədov Azərbaycana xəyanət edə bilər?

– O, Azərbaycana xəyanət  etmir. Sadəcə dövlət başçısı İlham Əliyevə müflisləşməsini bağışlaya bilmir. Sadəcə, prezident olmaq istəyir. Ona kömək etmək istəyən qüvvələr də var. Fikir verin, Anar Məmmədov Trampın qızını Bakıya dəvət etmək istəyir. Bunun arxasında böyük siyasət var.

Emil Salamoğlu

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button